YUĞ Teatrında müsabiqə
Bizi izləyin

Tabloid.az

YUĞ Teatrında müsabiqə

YUĞ Teatrında müsabiqə

YUĞ Dövlət Teatrında Xocalı soyqırımına həsr olunmuş “Mən Azərbaycanlıyam” adlı bədii qiraət müsabiqəsi keçirilib .

Publika.az-ın məlumatına görə, müsabiqə boyu iştirakçılar müxtəlif şeirlər səsləndiriblər. Şagirdlərin bacarığını YUĞ Dövlət Teatrının sənətçiləri Əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, aktrisalar Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova, rejissor Ərtoğrul Kamalov və ADMİU-nun tələbəsi Əbdül Məcidlidən ibarət münsiflər heyəti qiymətləndirib.

Xocalı soyqırımına həsr olunmuş müsabiqənin 3 ən yaxşı qiraətçisi aşağıdaki kimi müəyyən olunub. 1-ci yer Əliyeva Günəş - M.Araz " Məndən ötdü " 2-ci yer İsayeva Röya - B.Vahabzadə "Ana dilim " 3-cü yer Atakişiyeva Leylaxanım - Ə.Ziyatay " Azərbaycanım mənim " Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Onu da qeyd edək ki Xocalı faciəsinə həsr olunmuş "Mən Azərbaycanlıyam" müsabiqəsi silsilə xarakteri daşıyan layihənin növbəti mərhələsidir. Müsabiqənin final mərhələsi isə Ulu Öndər Heydər Əliyevin doğum günü ərəfəsində keçiriləcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm