Qırğızıstanda türkdilli dövlətlərin memarları və mühəndislərinin IV qurultayı keçiriləcək
Bizi izləyin

Tabloid.az

Qırğızıstanda türkdilli dövlətlərin memarları və mühəndislərinin IV qurultayı keçiriləcək

Qırğızıstanda türkdilli dövlətlərin memarları və mühəndislərinin IV qurultayı keçiriləcək

Bişkek şəhər bələdiyyəsi mətbuat xidmətinin məlumatına görə, bu ilin mayında paytaxtda Türk Dünyası Memarları və Mühəndisləri İttifaqının, TÜRKSOY-un, TürkPA-nın, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Türk Dünyası Yazıçılar Fondunun təşəbbüsü ilə türkdilli dövlətlərin memarları və mühəndislərinin IV qurultayı keçiriləcəkdir.

Qurultayda Azərbaycan nüfuzlu nümayəndə heyəti ilə təmsil olunacaqdır.

İştirakçılar qurultay çərçivəsində böyük qırğız yazıçısı Çingiz Aytmatovun uyuduğu “Ata-Beyit” memorial kompleksinə gedəcək, yenidənqurmadan sonra Bişkekdəki Atatürk adına parkın, türk dünyası bələdiyyələrinin sərgisinin açılışında, T.Satılqanovun 150 illik yubileyi münasibətilə TÜRKSOY-un konsertində iştirak edəcək, at yarışlarına, dəmirçilərin ənənəvi sərgisinə baxacaqlar.

İki ildə bir dəfə keçirilən qurultay öz qətnaməsi ilə “Türk dünyasının mədəniyyət paytaxtı”nı elan edir. 2012-ci ildə Astana (Qazaxıstan), 2013-cü ildə Əskişəhr (Türkiyə) bu ada layiq görülmüşlər. Bu il Kazan (Rusiya Federasiyasının Tatarıstan Respublikası) şəhəri bu adı daşıyır.

Qurultayda 2015-ci ildə Bişkek şəhəri “Türk dünyasının mədəniyyət paytaxtı” elan ediləcəkdir.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm