Ukraynanın ulduzu Bakıya gəlir - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Ukraynanın ulduzu Bakıya gəlir - FOTOLAR

Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək.

Publika.az-ın məlumatına görə, tamaşada əsas partiyalardan biri olan Almavivanı ifa etmək üçün Teatrımızın rəhbərliyi Ukrayna Milli operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı dəvət edəcək. Ukraynalı vokalçı öz vətənində çıxış etməklə yanaşı, dünyanın bir sıra ölkələrində - Almaniya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Çin, Əlcəzair və s. qastrol səfərlərində olub. Tamaşada həmçinin milli operamızın aparıcı solistləri - Xalq Artistləri Əvəz Abdullayev (Fiqaro), Əli Əsgərov (Bazilio), Əməkdar Artistlər İnarə Babayeva (Rozina), Əkrəm Poladov (Doktor Bartolo), Səbinə Əsədova (Berta) və b. çıxış edəcəklər. Tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm