• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“Lineynin Gözəllik Kraliçası”nı görmək istəyirsinizsə...

“Lineynin Gözəllik Kraliçası”nı görmək istəyirsinizsə...

Martın 11-də Dövlət Gənc Tamaşaçılar Teatrında “Lineynin trilogiyası”nın premyerası baş tutacaq.

Publika.az-ın məlumatına görə, tamaşasının tamaşa Mədəniyyət və Turizm Nazirliyi, British Council Azərbaycan nümayəndəliyi və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının birgə layihəsidir. Dramaturq Martin MakDonaxın qələminə aid “Lineyn trilogiyası”nın özündə birləşdirdiyi üç pyes “Lineynin Gözəllik Kraliçası”, “Konnemarada bir Kəllə” və “Yalqız Qərb” adlanır. 1994- ci ildə, “Lineynin Gözəllik Kraliçası” və “Yalqız Qərb” Ən Yaxşı Pyes nominasiyasında “Tony Award” mükafatına layiq görülüb.

Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Box, quruluşçu rəssamı Elizabet Kuk, işıq üzrə rəssamı Maykl Manyonla birgə, üç yerli rejissorumuz Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və on iki Azərbaycan aktyorları əməkdaşlıq yolu ilə Bakıda – Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu üç qara komediyanın səhnələşdirilməsi prosesinə bədii rəhbərlik edir.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR