• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Teatr əməkdaşlığı” layihəsinin uğurlu nəticəsi mart ayında təqdim olunacaq...

“Teatr əməkdaşlığı” layihəsinin uğurlu nəticəsi mart ayında təqdim olunacaq...

British Council Azərbaycan nümayəndəliyi böyük məmnuniyyətlə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində Oskar mükafatına layiq görülmüş dramaturq Martin MakDonaxın pyesi əsasında hazırlanmış "Lineyn trilogiyası" ( üç tamaşa bir gündə, amma müxtəlif saatlarda) tamaşasının premyerasını elan edir.

Bu tamaşalar, Böyük Britaniya mütəxəssislərinin iştirakı ilə keçirilən təlim proqramı vasitəsilə Azərbaycanın dövlət və özəl teatrlarında çalışan aktyorların və texniki heyətin peşəkar bacarıq və imkanlarını artırmaq üçün nəzərdə tutulmuş "Teatr əməkdaşlığı" layihəsi çərçivəsində hazırlanır.

2013-cü ilin fevral ayından başlayaraq, British Council Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının bazasında Böyük Britaniyadan dəvət olunmuş peşəkar işıq rəssamı Maykl Manyon, quruluşçu rəssam Elizabet Kuk və peşəkar teatr rejissoru Yan Uilem Van Den Box kimi mütəxəssislərin iştirakı ilə müxtəlif təlimlər silsiləsini təşkil edir. Dramaturq Martin MakDonaxın qələminə aid "Lineyn trilogiyası" özündə üç pyesi -"Lineynin Gözəllik Kraliçası", "Konnemarada bir Kəllə" və "Yalqız Qərb" - birləşdirir.. 1994- ci ildə, "Lineynin Gözəllik Kraliçası" və "Yalqız Qərb" "Ən Yaxşı Pyes" nominasiyasında "Tony Award" mükafatına layiq görülmüşdür. Böyük Britaniyadan dəvət olunmuş teatr rejissoru Yan Uilem Van Den Box, azərbaycanlı rejissorlarımız Ayla Osmanova, Sərvər Əliyev, Gülnar Hacıyeva və on iki Azərbaycan aktyoru ilə Bakıda - Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında bu üç qara komediyanın səhnələşdirilməsi prosesinə bədii rəhbərlik edir. Azərbaycanda fəaliyyət göstərən British Council nümayəndəliyinin direktoru Elizabet Uaytın sözlərinə görə, "bu işin əsas dəyəri ondadır ki, Bakının teatr peşəkarları və Böyük Britaniya rejissoru müasir Britaniya pyesini Azərbaycan kontekstində təqdim etmək üçün aylarla bərabər çalışmışlar. Nəticəsi isə həm yeniliyi, həm də qeyri-adiliyi ilə seçilir".

Trilogiyanın premyerası 11 mart 2014-cü il tarixində saat 12:00, 16:00 və 19:00-da Azərbaycan Gənc Tamaşaçılar Teatrında göstəriləcək. Tamaşalar Azərbaycan dilində oynanacaq və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının daimi repertuarına daxil ediləcək. Biletləri Bakı şəhərinin kassalarında əldə etmək olar.

Əlavə məlumat almaq üçün bu tel. nömrələrinə zəng vura bilərsiniz:

1.Dilarə İbrahimova| Proqramlar üzrə Menecer
T +994 12 497 1593 | F + 994 12 498 9236
Dilara.ibrahimova@britishcouncil.az | www.britishcouncil.az

2. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
T +994 12 493 8852; +994 12 493 6578; +994 12 498 1409 F +994 12 493 8852
husniye_525@mail.ru

Xəbər lenti

DAHA ÇOX XƏBƏR