• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Canlı klassika”- 2014 Beynəlxalq şeir müsabiqəsi keçiriləcək

“Canlı klassika”- 2014 Beynəlxalq şeir müsabiqəsi keçiriləcək

Bakı şəhər Kitabxanalarının oxucuları arasında “Canlı klassika”- 2014 Beynəlxalq şeir müsabiqəsi keçiriləcək.

Müsabiqədə Bakı şəhər Kitabxanalarının oxucuları iştirak edir. Müsabiqənin keçirilməsinin əsas məqsədi uşaqlar arasında mütaliənin təbliği, uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabxanalara ictimai marağın artırılması, istedadlı uşaqları aşkarlamaq, uşaq və gənclərdə müasir rus və dünya ədəbiyyatına marağı artırmaqdır.

Müsabiqədə orta məktəblərin rus şöbəsində təhsil alan 6 –cı sinif şagirdləri iştirak edə bilərlər.

Müsabiqə seçim və final mərhələsindən ibarətdir. Seçimlər hər bir kitabxana və onun filiallarının yerləşdiyi ərazi üzrə 3 gün ərzində müsabiqənin birinci turunu keçirir və iştirakçılar arasında seçilən 1 nəfəri 2-ci turda iştirak etməsi üçün MKS-ə təqdim edir. MKS – lər arasında müsabiqənin 2-ci turu 2 gün ərzində keçirilir və bu mərhələdə 3 iştirakçı müsabiqənin final mərhələsində çıxış etmək üçün seçilir. Müsabiqənin final mərhələsi Moskva şəhərində keçiriləcək.

Yerli seçim mərhələsində qalib gəlmiş 3 oxucu müsabiqənin finalında iştirak etmək hüquqi qazanır. Müsabiqənin final mərhələsində iştirak edən hər bir iştirakçı şəhadətnamə alır. Beynəlxalq finalın qalibləri daha çox bal toplamış 5 iştirakçı sayılır. Onlar müsabiqənin medalları, qiymətli prizləri və turist səyahətləri mükafatı alacaqlar.

Qeyd edə ki, müsabiqənin yerli seçim mərhələsi fevral-may aylarında olacaq. Final turu isə Moskva şəhərində 3-7 iyun tarixində keçiriləcək . (Ümmumdünya rus dili günü).

baku-art.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR