Azərbaycanda interaktiv nağıllar hazırlanıb
Bizi izləyin

Tabloid.az

Azərbaycanda interaktiv nağıllar hazırlanıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Kompyuter Oyunları Milli Assosiasiyasının reallaşdırdığı “Mədəni irs və müasir informasiya-kommunikasiya texnologiyaları: interaktiv nağıllar” layihəsi başa çatıb.

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından AzərTAc-a bildirib ki, layihə çərçivəsində azyaşlıların və yeniyetmələrin maariflənməsinə və zehni inkişafına yönəlmiş “Qızıl ilan” və “Təlimli pişik” interaktiv nağılları hazırlanıb.

Nağılların planşet kompyuter və smartfonlar da daxil olmaqla ən müasir texnologiyaların vasitəsilə izlənilməsi mümkündür. Nağılları izləyən uşaqların özlərini orada baş verən proseslərin iştirakçısı kimi hiss etmələri, istədikləri əşyalara toxunmaları və ekranda baş verənlərə birbaşa müdaxilə edə bilmələri isə layihənin əhəmiyyətini daha da artırır.

Nağılları səssiz izləmək də mümkündür. Uşaqlar interaktiv cizgi filminin səsini tam almaqla subtitrlərin köməyi ilə nağılları özləri oxuya bilərlər. Bu da öz növbəsində balacaların oxumaq, təxəyyüllərini genişləndirmək və ünsiyyət yaratmaq qabiliyyətlərinin inkişafı üçün olduqca vacibdir. Ən əsası ilə uşaqlar kiçik yaşlarından başlayaraq müasir informasiya-kommunikasiya texnologiyaları ilə işləməyi öyrənəcəklər.

İnteraktiv nağılları yükləmək üçün Play Marketin köməyi ilə https://play.google.com linkinə daxil olub nağılın adını və yaxud istehsalçının adını axtarışa vermək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm