Bakıda “Alo, bu mənəm” filmi göstərilib
Bizi izləyin

Tabloid.az

Bakıda “Alo, bu mənəm” filmi göstərilib

Bakıda “Alo, bu mənəm” filmi göstərilib

Fevralın 28-də Bakıdakı Fransa İnstitutunda “Alo, bu mənəm” adlı qısametrajlı film göstərilib.

Film Yelena Andreyevanın eyni adlı hekayəsi əsasında çəkilib.

Filmin bədii rəhbəri Azərbaycanın xalq artisti Eldar Quliyev, ssenari müəllifi Yelena Andreyeva, quruluşçu rejissoru Nonna Müzəffərova, quruluşçu operatoru Əli Sultanovdur.

Rollarda Sonaxanım Mikayılova, Abbas Qəhrəmanov, Mətanət Abbaslı və Rafiz Mehdizadə çıxış etmişlər.

Filmdə hadisələr “qazdığı quyuya” düşən soyğunçu ətrafında cərəyan edir.

“Alo, bu mənəm” filmi detektiv, komediya, mistika elementlərini özündə birləşdirir və improvizələrlə zəngindir.

Filmin rejissoru Nonna Müzəffərova qeyd edib ki, bu hekayəni qarışıq janr müxtəlifliyinə görə seçib.

O deyib: “Film üzərində işləmək mənim üçün çox maraqlı idi.Çəkilişlər mənə çox zövq verdi”.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm