Tabloid.az
Kann festivalı rəsmi proqramını açıqlayıb
Fransada keçirilən 68-ci Kann festivalı rəsmi proqramını
saytında dərc edib. Festivalın açılış filmi fransız aktrisası və
rejissoru Emmanuel Berkonun “Başı uca” (La Tête Haute) ekran əsəri
olacaq.
AZƏRTAC İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki,
bu ilin əsas proqramına dünyanın 10 ölkəsindən rejissorların 17
filmi daxil edilib. “Qızıl palma budağı” uğrunda, həmçinin Qas Van
Sentın Mettyu MakKonahi və Naomi Uottsla “Ağaclar dənizi”, Todd
Heynsin Keyt Blanşettlə “Kerol”, Castin Kurzelin Maykl Fassbender
və Marion Kotiyyarla “Makbet” və Mayuenn Le Beskonun Vensan Kassel
və Lui Qarrellə “Mənim kralım” filmləri mübarizə aparacaq.
Nüfuzuna görə ikinci olan “Xüsusi baxış” mükafatı uğrunda
mübarizədə isə 14 film iştirak edəcək. Qısametrajlı filmlərin
proqramına 9 ekran əsəri daxil edilib. Bu ilin seçim mərhələsində
100 ölkədən 4500 film təhlil olunub.
Qeyd edək ki, Kann festivalı mayın 13-də başlayacaq və mayın 24-də
“Qızıl palma budağı” mükafatının təltifetmə mərasimi ilə başa
çatacaq.
-
İdman22:04
"Qarabağ" finalda!
-
Hadisə21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı