Tabloid.az
Bakıda qeyri-adi sərgi
Aprelin 25-də Kiçik Qala Art qalereyasında qeyri-adi
“Düymə” sərgisi açılacaq.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, “Düymə” sərgisinin hər
iştirakçısı üçün layihənin konsepsiyasına öz münasibətini bildirmək
vacibdir. Düşünülmüş iş ekspozisiyası rəssamların bu mövzuya olan
fikirlərini birmənalı təcəssüm etdirir.
“Düymə” sərgisi müxtəlif peşələr üzrə ixtisaslaşan gənc və
istedadlı rəssamları bir araya gətirir. Keramika, heykəltəraşlıq,
qobelen, rəsm və qrafik dizayn üzrə ixtisaslaşan rəssamların əl
işləri geyimin bu əvəzedilməz predmetinin mistik və funksional
simvolikası üzərində qurulub.
Sərginin dörd iştirakçısı yaradıcı konsepsiya əsasında birləşərək
özündə təsviri incəsənət, heykəltəraşlıq nümunələri, qrafik dizayn,
installasiya və video-art növlərini birləşdirən işlər yaradıblar.
Hər biri öz münasibətini paylaşır, hər birinin fəlsəfəsi xarici və
daxili dünya ilə ağlasığmaz paralellər təklif edir.
Azərbaycan Dövlət Rəsm Akademiyasının məzunları bir sıra xarici və
yerli sərgilərin, layihələrin iştirakçısı olublar. Onların hər biri
öz sahəsində yiyələndiyi təcrübə və biliklərini ümumiləşdirərək
düymə mövzusunu müxtəlif rakurslardan aşkar edən işlər yaradır.
Sərgi mayın 22-dək davam edəcək.
Asimə Səmədli sərgiyə “Daxilində ruh olanlar” qobelenləri və
“Divanə” video-artı ilə qatılıb. Qobelen ixtisası üzrə bakalavr
dərəcəsi olan Asimə, “Potensial 1,2” sərgisini, Azərbaycan
regionları üzrə festival, beynəlxalq türk xalqları sərgisi, müasir
qobelen master-klassı, ilk şəxsi “Choice” sərgisinin iştirakçısı
olub. O, Moskvada keçirilən beynəlxalq sərginin laureatıdır.
İmran Mehdiyev sərgi üçün “Düymənin gücü” heykəl kompozisiyasını
hazırlayıb. Heykəltəraşlıq üzrə magistr olan İmran bu sənəti üzrə
Moskvada keçirilən simpoziumun (Moskva, Burqanov mərkəzi),
“Sərhədsiz incəsənət” (Azərbaycan-Türkiyə) və “Jeunes Peintres
d'Azerbaïdjan en Belgique” (Belçika) sərgilərinin iştirakçısı
olub.
Vüsalə Ağarazıyeva “Düymə” sərgisi çərçivəsində keramik düymə
qismində olan “Məkan” və “Divanəliyin nəticələri” installasiyasını
təqdim edir. “City Art Center” mərkəzinin art-direktoru olan Vüsalə
Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. YARAT çərçivəsində
keçirilən “Artım” layihəsi, YARAT master-klassları, ilk peşəkar
“Choice” və “Ənənəvi incəsənətlərin təkamülü” sərgilərinin
iştirakçısıdır.
Mehriban Şəmsəddinskaya layihəyə “Dövrün şahidləri” installasiyası
ilə qatılır. “Reklam” ixtisası üzrə bakalavr olan Mehriban, magistr
incəsənət alimi, Azərbaycan Rəssamlar ittifaqının üzvüdür. “Сentral
Saint Martins” və “Sotheby's” rəssamlıq və müasir incəsənət
teoriyası üzrə kursları bitirib. YARAT master-klassları, müxtəlif
layihələrin, “From Waste to Art 2, 3” beynəlxalq sərgisinin, ilk
peşəkar “Violet” sərgisinin iştirakçısıdır.
-
Sosial17:54
Əli Əsədov qərar imzaladı
-
Qarabağ 17:13
Xankəndidə ilk körpə dünyaya gəldi - FOTO
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR