Eurovision-2014 mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənni müəyyən edildi
Bizi izləyin

Tabloid.az

Eurovision-2014 mahnı müsabiqəsində Azərbaycanı təmsil edəcək müğənni müəyyən edildi

İTV telekanalının efirində Azərbaycanın Eurovision-2014 mahnı müsabiqəsindəki təmsilçisinin adı açıqlanıb.

Telekanaldan bildirmişlər ki, mahnı müsabiqəsində Azərbaycanı Eurovision-2014 üçün milli seçim turu olan Böyük Səhnə beynəlxalq televiziya şousunda qalib gələn Dilarə Kazımova təmsil edəcək.

D. Kazımova mayın 6-da Kopenhagenin B&W Hallerne arenasında Eurovision mahnı müsabiqəsinin ilk yarımfinalında səhnəyə çıxacaq.

Müğənninin hansı mahnı ilə yarışmaya qatılacağı martın 15-nə kimi açıqlanacaq.

D. Kazımova solo karyerası və musiqi qruplarının tərkibində çıxış etmək təcrübəsi olan gənc müğənnidir.

O, 2 dəfə Azərbaycanın Eurovision üçün milli seçimlərində iştirak etmiş və hər iki halda öz yerini yalnız qalibə təhvil vermişdir.

Azərbaycanın Eurovision-2014 üçün milli seçimlərinin qalibini yerli və xarici ekspertlər, musiqi, şou-biznes və televiziya peşəkarlarından ibarət münsiflər heyəti müəyyənləşdirib.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm