• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"Oskar"ın lezbiyan aparıcısı rekord vurdu

"Oskar"ın lezbiyan aparıcısı rekord vurdu

ABŞ-ın Amerika Kino Sənəti Akademiyasının təsis etdiyi "Oskar" mükafatlarının builki, 86-cı təqdimat mərasiminin aparıcısı Ellen Decenerisin çəkdiyi "selfie" fotosu Twitter-in tarixində ən çox retvit olunub.


Mərasim zamanı Deceneris mobil telefonuna özünü Cennifer Lourens, Kevin Speysi, Bred Pitt və başqa ulduzlarla yanaşı çəkib.


"Kaş ki, Bredlinin əlləri bir qədər uzun olardı. Dünyanın ən yaxşı fotosu", - aparıcı Bredli Kuperin çəkdiyi fotonu bu sözlərlə müşayiət edib.

Cəmi bir neçə saatın ərzində fotonu 2 milyondan artıq Twitter istifadəçisi paylaşıb.


Əvvəlki rekord ABŞ prezidenti Barak Obamaya məxsusdur. Onun 2012-ci ildə ABŞ-da keçirilmiş prezident seçkilərində qələbəsindən sonra yazdığı tviti 779500 nəfər paylaşmışdı./Milli.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR