• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

"Allah" adı yazılan boyunbağı yox edildi

"Allah" adı yazılan boyunbağı yox edildi

Amerikanın ən çox sevilən və ən çox dinlənilən müğənnilərindən biri olan Keti Perinin başı yeni mahnısı "Dark Horse"a çəkdiyi klipi ilə bəladadır.

Movqe.Az xəbər verir ki, müsəlman bir youtube istifadəçisi tərəfindən müəyyən olunan detalda məşhur müğənni Keti Perrinin yeni klipində, Allah boyunbağısı taxan şəxsin boyunbağı ilə birlikdə toz olması dini baxımdan böyük etiraza səbəb olub və fərqinə varılan şəxs tərəfindən videonun qadağan edilməsi üçün bir imza kampaniyası başladılıb..

Yeni klipi "Dark Horse"da köhnə misir şahzadəsini canlandıran Keti üzərində Ərəbcə olaraq Allah yazılı boyunbağısı olan bir şəxsi boyunbağısı ilə birlikdə quma çevirir. İngiltərədə Bradford şəhərində yaşayan və müsəlman olan Shazad Iqbal adlı bir şəxs yazdığı ərizədə klipin İslama və Müsəlmanlara təhqir olduğunu söyləyib.

Qısa müddətdə səs gətirən klip yenidən hazırlanıb və sözügedən boyunbağı klipin içindən çıxarılıb. Video YouTubedə yayımlandığı gündən bu yana 53 milyon dəfə izlənilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR