Azərbaycanın ilk “Hollywood“ filmi çəkilir - VİDEO (FOTO)
Bizi izləyin

Tabloid.az

Azərbaycanın ilk “Hollywood“ filmi çəkilir - VİDEO (FOTO)

Haqqında danışacağımız film "Hollywood" istehsalı deyil. Rejissoru da əcnəbi deyil. Heç milyonlar da xərclənməyib. Peşəkar aktyorlardan söhbət gedə bilməz.

Haqqında danışacağımız film "Hollywood" istehsalı deyil. Rejissoru da əcnəbi deyil. Heç milyonlar da xərclənməyib. Peşəkar aktyorlardan söhbət gedə bilməz.

Görəcəyiniz kadrlar Şəkidə çəkilib. Bəli, bizim Şəkidə. Söhbət ölkənin ilk real action janrında çəkilən "Kölgəsiz" filmindən gedir.

"Rec Film" studiyasının rəhbəri, gənc rejissor Rəvan Cabbarov filmin həm rejissoru, həm ssenari müəllifi, həm montajçısıdır.

Gənc rejissorun sözlərinə görə, hər zaman qorxulu film çəkmək arzusu olub: "Düzdü"Kölgəsiz" dəhşət janrında deyil, amma burda da adrenalin yüksək səviyyəyə çıxır.

Filmdə istifadə olunan texnika da bahalı deyil. Bəzən lazım olan avadanlığı öz bacarığımızla ərsəyə gətirmişik. Komanda işi də burda əsasdır. Buraya qədər çəkdik. Amma baxdıq ki, salam-sağolla, dost tanışın yardımı ilə burdan artığını etməkdə həqiqətən çətinlik çəkirik. Çəkilişlər müvəqqəti dayndırıldı. İndi artıq sponsor da var. "Kölgəsiz"in çəkilişlərinin davamına bu yaxınlarda başlayırıq."

"Kölgəsiz" filminin 3 dildə (Azərbaycan, rus və ingilis) təqdim olunması gözlənilir. Sentyabrda böyük ilkbaxışın keçirilməsi nəzərdə tutulub. /tezxeber/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm