Lənkəran teatrına yeni direktor təyin olundu
Bizi izləyin

Tabloid.az

Lənkəran teatrına yeni direktor təyin olundu

Lənkəran teatrına yeni direktor təyin olundu

Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına yeni direktor təyin edilib.

Azxeber.com xəbər verir ki, teatrın yeni təyin olunmuş direktoru Tofiq Heydərovu Mədəniyyət və Turizm Nazirliyi teatr sektorunun müdiri Nahidə İsmayılzadə kollektivə təqdim edib.

O, 7 il kollektivə rəhbərlik etmiş İslam Həsənova təmsil nazirlik adından təşəkkür edib. Xalq artisti Qabil Quliyev, əməkdar artistlər Təvəkkül Əliyev, Adil Zeynalov, Sucəddin Mirzəyev, artist Eynəli Nurullayev çıxış edərək onlarla uzun illər çalışmış İslam Həsənova minnətdarıq edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Lənkəran Dövlət Dram Teatrnın direktoru təyin olunmuş Tofiq Heydərov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Əvvəllər Lənkəran teatrında aktyor kimi fəaliyyət göstərən T.Heydərovun 57 yaşı var.

Lənkəran teatrının əvvəlki direktoru İslam Həsənov isə Sumqayıt Dövlət Musiqili Dram Teatrına direktor təyin olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm