Azərbaycanlı müğənnini Türkiyədə siyasətə cəlb etmək istəyirlər
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənnini Türkiyədə siyasətə cəlb etmək istəyirlər

“Müəllim” albomu ilə ilk çıxışını edən, daha sonra da “Hasbi Rabbi” mahnısı ilə İslam Dünyasında böyük populyarlıq qazanmış Azərbaycan əsilli müğənni Sami Yusif konsert proqramı ilə Türkiyəyə gəlib.

Modern.az xəbər verir ki, S. Yusif türk KİV-lərinə müsahibəsində uşaqlıq illərindəki musiqi tərbiyəsi, müğənni kimi fəaliyyəti, gündəlik yaşamı və s. haqda mühüm açıqlamalar verib. “Həm Şərq, həm də Qərb musiqi tərbiyəsi almışam”, – deyən müğənni 14 yaşında atasından öyrəndiyi muğam əsasında ilk bəstəsini yaratdığını dilə gətirib. Lady Gaga və Rihanna kimi müğənniləri keyfiyyətsiz musiqiçilər adlandıran S. Yusif deyib: “Onların arxasında yalnız böyük pul durur”.

S. Yusifin bu açıqlaması da maraqlıdır: “Türk dili mənim üçün çox önəmlidir. Bu, anamın danışdığı dildir. Bizim ailənin dili azəricədir”.

Ünlü müğənni özünün Türkiyədə siyasətə cəlb edilməsi cəhdləri edildiyindən danışıb. “Məni siyasi partiyalar öz tərəfinə çəkməyə çalışırlar. Camaat da öz tərəfinə çəkməyə çalışır. Siyasi məqsədlərlə məndən istifadə etmək istəyirlər. Halbuki mən müstəqil musiqiçiyəm”, – deyə S. Yusif siyasi tərəf seçmək istəmədiyini dilə gətirib.

Bununla bərabər, S. Yusif İslam Dünyasının düşdüyü durumu da səciyyələndirib: “Hazırda müsəlmanlar ağır bir durum keçirirlər. Bu problemin həm fəlsəfi, həm də intellektual səbəbləri mövcuddur. Əsl İslamın yerinə dəyişdirilmiş bir İslam var. Burada vəhhabilər, ya da siyasi oyunların oynandığı camaat qrupları və sairdən bəhs etmirəm. Mən ana və atalarımızın yaşatmaq istədiyi İslamdan danışıram. Bu tip şeylər hər zaman davam edəcək, amma qalıcı mənada baxıldığı dəyişik dəyərlərin hamısı yox olacaq. İnsanlar o şeyləri qəbul etməyəcək. Onların dünyada yaşayacaq yeri yoxdur, çünki onlar canavarlardır. Nəhayət, ədalət varsa, o da Allahın ədalətidir, o insanlar bəlli bir zamandan sonra yox olacaq və biz gerçək İslama qovuşacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm