Azərbaycanlı rəqqas beynəlxalq festivalda ölkəmizi təmsil edəcək
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı rəqqas beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

Azərbaycanlı rəqqas beynəlxalq festivalda ölkəmizi təmsil edəcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, əməkdar artist Tahir Eynullayev Tbilisidə keçiriləcək uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə Vaxtanq Çabukiani adına Beynəlxalq festival-müsabiqəsində münsiflər heyətinin üzvü qismində iştirak edəcəkdir.

Tahir Eynullayev bildirmişdir ki, festival-müsabiqə Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi, Gürcüstanın Dövlət İncəsənət Universitetinin kafedra müdiri, məşhur xoreoqrafı Nataliya Digmelasşvilinin təşkilatçılığı ilə martın 15-16-da keçiriləcəkdir.

Azərbaycan bu festival-müsabiqədə ilk dəfə təmsil olunacaqdır.

Müsabiqədə “Təbəssüm” Uşaq Teatrı və Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri iştirak edəcək.

ABŞ, Böyük Britaniya, Braziliya, Pakistan, Bolqarıstan, Çex Respublikası və digər ölkələrin musiqiçi və rəqqaslarının qatılacağı festivalda T.Eynullayev milli rəqslərimizdən nümunələr nümayiş etdirəcəkdir.

Tanınmış rəqqasımız bundan əvvəl ABŞ, Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmişdir.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm