Murad Dadaşov "Maşın şou"nu dayandırdı: "İndi vaxtı deyil"
Bizi izləyin

Tabloid.az

Murad Dadaşov "Maşın şou"nu dayandırdı: "İndi vaxtı deyil"

“İndi maşın vaxtı deyil”.

Bu sözləri Axar.az-a açıqlamasında "Maşın" şounun müəllifi və aparıcısı Murad Dadaşov deyib:

“M Group Production” olaraq biz qərara gəldik ki, bu gün “Maşın” realiti şousu yayımlanmasın. ANS telekanalı ilə məsələni müzakirə etdik və rica etdik ki, bizi bu gün yayımdan çıxarsınlar. Çünki baş verən məlum hadisəyə biganə yanaşa bilmərik. Bununla bağlı axşam efirdə rəsmi açıqlama olacaq, özüm axşam xəbər efirində olacağam. Canlı yayımda bunu rəsmi elan edəcəyəm. Bu dəqiqə hər kəsin duaları xəsarət almış və dünyasını dəyişmiş insanların yanındadır, indi maşının vaxtı deyil”.

Qeyd edək ki, “Maşın” şou hər axşam saat 22:00-da yayımlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm