İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində Bakıda konsert təqdim olunub
Bizi izləyin

Tabloid.az

İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində Bakıda konsert təqdim olunub

İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində Bakıda konsert təqdim olunub

Moskvanın fransalı müqəddəs Lüdovik kilsəsinin, “Art-noyabr” Beynəlxalq incəsənət festivalının, “ÜNS” Yaradıcılıq Səhnəsinin və “AR Production”ın birgə təşkilatçılığı ilə Moskva, Riqa və Bakı şəhərlərini əhatə edən İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində martın 4-də paytaxtımızdakı Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında konsert təqdim olunmuşdur.

Konsertdə Oslo Konservatoriyasının professoru, Norveç Musiqi Akademiyasının rektoru və professoru Byorn Boysen (orqan) və Beynəlxalq müsabiqə laureatı Nataliya Arxipova (soprano) İohan Sebastyan Baxın əsərlərini səsləndirmişlər.

Bəstəkarın yaradıcılığında orqan musiqi aləti xüsusi yer tutmuşdur. İohan Sebastyan Baxın bəstəkarlıq və ifaçılıq dühası, bu musiqi alətinin quruluşunu və akustikasını dərindən bilməsi onun orqan musiqisi yaradıcılığında yeni üslub yaratması ilə nəticələnmişdir.

Martın 29-dək davam edəcək festivalın proqramında dünya şöhrətli bəstəkarın irsi orqan, kamera-instrumental, orkestr və oratoriya istiqamətlərində təqdim olunacaqdır.

Martın 1-də Moskvadan başlanan festivalın proqramında martın 18-də də Bakıda “ÜNS” Yaradıcılıq Səhnəsində konsertin təqdimi nəzərdə tutulmuşdur.

İohan Sebastyan Bax Beynəlxalq festivalı çərçivəsində Bakıda təşkil olunan konsert alqışlarla qarşılanmışdır.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm