Rembo qızlarının sevgililərini belə qorxudur
Bizi izləyin

Tabloid.az

Rembo qızlarının sevgililərini belə qorxudur

Aktyor: “Cəsarət edib mənim qızlarıma toxunmayın! Sizin sağ-salamat sümüyünüz qalmaz”

Məşhur Hollivud aktyoru Silvester Stalonne qızlarının sevgililərini qorxudur. Xarici mətbuata müsahibə verən sənətçi bildirib ki, 3 övladına elçi düşən oğlanları gözləyir:



“Mən onları bu sözlərlə qarşılayıram “Cəsarət edib mənim qızlarıma toxunmayın! Sizin sağ-salamat sümüyünüz qalmaz”. Bunları dedikdən sonra yazıqlar qorxurlar (gülür). Qızlarıma isə deyirəm ki,”Oğlan ilə görüşmək istəyirsən? Yox-yox! Belə şey ola bilməz!” Övladlarım barədə nə deyim axı mən sizə, onların böyüdüklərini qəbul edə bilmirəm”.


Silvester bildirib ki, övladlarının narahat edilməməsi və görüşə çağrılmamaları üçün onlar 6 il müddətinə başqa bir ölkəyə yollanıblar.



Qeyd edək ki, S.Stalone ilk dəfə amerikalı aktrisa Saşa Çak ilə 1974-cü ildə ailə qurub. Cütlüyün ailə həyatı boşanma ilə nəticələnib. Saşa aktyordan Seydja və Serdjio adlı iki oğlan övladı dünyaya gətirib. İkinci dəfə model və aktrisa kimi fəaliyyət göstərən Briqqita Nilsen ilə cəmi iki il evli olub. 1997-ci ildə aktyor 3-cü dəfə amerikalı aktrisa Cenifer Flevin ilə ailə həyatı qurub bu dəfə isə onların 3 qız övladı dünyaya gəlib./Anspress

Oxumağa davam et
Reklam
Reklam

Gündəm