Emma: “Bunu deyənin atası, anası tərbiyəsizdir”
Bizi izləyin

Tabloid.az

Emma: “Bunu deyənin atası, anası tərbiyəsizdir”

Son vaxtlar əməkdar artist Sevda Ələkbərzadə və bacısı, müğənni Emma Ələkbərzadə arasında inciklik olduğu xəbəri yayılıb.

Axşam.az-ın məlumatına görə, bacıların birlikdə görünməməsi belə şayiələrə səbəb olub. E.Ələkbərzadə məsələyə “Şou+” verilişində aydınlıq gətirib:

“Biz iki bacı, bir qardaşıq. Ət dırnaqdan ayrılar? Biz heç vaxt ayrılmarıq. O sözləri yayan insanların atası da, anası da tərbiyəsizdir. Ancaq əxlaqı düz olmayan insanlar belə şayiələr yayar. Getsinlər öz bacı-qardaşlarından danışsınlar. Bizim aramızda heç bir mübahisə yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm