Ayan qızı Selenadan nə danışdı?
Bizi izləyin

Tabloid.az

Ayan qızı Selenadan nə danışdı?

Bu yaxınlarda ana olan müğənni Ayan Babakişiyeva 106.3 FM-də yayımlanan "Müleyli” şousuna telefonla bağlanaraq, qızından bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi yenicə doğulan Selenanın ona qeyri-adi hisslər yaşatdığını deyib:

"Qızım nəfəsimdir, yaşamaq həvəsimdir. Analıq çox qeyri-adi, müqəddəs hissdir. O hissi dadmaq lazımdır. Yalnız ondan sonra həmin hisslərin gözəlliyini başa düşmək olar. Qızım doğulanda qardaşım Samir də Türkiyədən gəldi. Bizi görüb, yenidən ora qayıtdı. O da mənim qədər sevinirdi”.

Qeyd edək ki, Ayan Babakişiyeva martın 1-də ana olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm