Tabloid.az
İsgəndəriyyə Kitabxanası dahi şair Nizami Gəncəvi irsindən ibarət kataloq hazırlayır
İsgəndəriyyə Kitabxanası dahi şair Nizami Gəncəvi irsindən ibarət kataloq hazırlayır
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,
İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron
Kitabxanasının icraçı direktoru İsmayıl Seragəldinin rəhbərliyi ilə
İsgəndəriyyə Kitabxanası tərəfindən Şərq mədəniyyətinin dahisi
sayılan Nizami Gəncəvi irsindən ibarət kataloq hazırlanır. Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, kataloqa Nizami Gəncəvi irsini araşdıran dünya tədqiqatçılarının bütün əlaqələri, “Xəmsə”nin əlyazmalarının dünya arxivlərində mövcud olan nüsxələrinin qeydiyyatı, Nizami Gəncəvi irsinə həsr olunmuş kitablar, araşdırmalar, məqalələr, analizlər daxildir. Layihənin birinci mərhələsində Harvard, Kembric, Oksford, Konqres kitabxanaları, Fransa Milli Kitabxanası və İsgəndəriyyə Kitabxanasındakı arxivlərin kataloqlaşdırılması nəzərdə tutulub. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin idarə heyətinin Afina şəhərində keçirilən V toplantısında bu layihənin təqdimatı olmuşdur. Təqdimatda iştirak edən Latviyanın sabiq prezidenti Vaira Vike-Freiberga, Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov, Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku, UNESCO-nun xoşməramlı səfiri Marianna V.Vardinoyannis və digər rəsmilər layihəni Nizami Gəncəvi irsinin araşdırılması istiqamətində atılan ən əhəmiyyətli addım kimi qiymətləndiriblər. Bu arada Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Madrid Klubunun birgə təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bu ilin aprelində Bakıda keçiriləcək II Qlobal Müştərək Cəmiyyətlər Forumuna hazırlıq çərçivəsində növbəti müzakirələr keçirilmişdir. Albaniyanın sabiq prezidenti Recep Meydani, Bolqarıstanın sabiq prezidenti Peter Stoyanov, Serbiyanın sabiq prezidenti Boris Tadiç və Avropa Parlamentinin Demokratikləşdirmə Komitəsinin sədri, Yunanıstanın sabiq xarici işlər naziri Dora Bakoyannis ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndələri arasında keçirilən görüş zamanı Foruma hazırlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan Prezidentinin himayəsi ilə inkişaf etməkdə olan bu qlobal təşəbbüs Şərqlə Qərb, xüsusilə də islam və xristian dünyası arasında dialoqun yaradılmasına göstərilən önəmli dəstəkdir. Artıq dünyanın 60-a yaxın ölkəsindən bu təşəbbüsə müsbət dəstək gəlmişdir. Ümumiyyətlə, II Qlobal Müştərək Cəmiyyətlər Forumunda dünyanın bütün materiklərindən liderlərin iştirakı nəzərdə tutulub. baku-art.az |
Oxumağa davam et
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 19 Aprel 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi