Azərbaycanda ən böyük kitab marketinin açılış günü bəlli oldu! (R)
Bizi izləyin

Tabloid.az

Azərbaycanda ən böyük kitab marketinin açılış günü bəlli oldu! (R)

Azərbaycanda ən böyük kitab marketinin açılış günü bəlli oldu!

Burada müxtəlif dillərdə olan minlərlə kitab tapmaq mümkün olacaq

Azərbaycanda ən böyük kitab marketinin açılış mərasimi keçiriləcək. “Kitabevim.az” Mağazalar Şəbəkəsinin “28 May” stansiyası yaxınlığında Puşkin 26A ünvanında, “AK Center”in 2-ci mərtəbəsində yerləşən yeni kitab marketinin açılış mərasimi martın 16-da, saat 15:00-da baş tutacaq.

Açılış günü marketdəki bütün kitablara 20 faiz endirim tətbiq olunacaq.

Minlərlə kitabın satışından əlavə, Kitabevim.Az kitab marketində oxucu klubu və müxtəlif şirkətlərin himayəsi altında hazırlanan “Qoy-götür” guşəsi də təşkil olunub. Qeyd edək ki, açılışa gələn oxucular özləri ilə bir kitab da gətirib, əvəzində bu guşədən başqa kitab götürə biləcəklər.

Layihənin məqsədi kitab satışından çox mütaliənin təbliğatını həyata keçirməkdir. Burada müxtəlif dillərdə olan minlərlə kitab tapmaq mümkün olacaq.

Yeni kitab marketində “Günün, həftənin, ayın kitabı” adlı guşə, eyni zamanda seminar, diskussiyalar və imza günlərinin keçirilməsi üçün geniş bir təqdimat guşəsi də yaradılıb.

“Kitabkafe” guşəsində isə kitabsevərlərin istirahəti üçün şərait yaradılır. Bununla yanaşı, kitab marketinin “elektron kitab” bazası da olacaq və müştərilər üçün müvafiq şərait yaradılır.

Kitabsevərlərin davamlı yararlanması üçün hədiyyə kartları da təsis edilib və oxucular güzəştli faizlərlə kitab almaq imkanı qazanırlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm