• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Məşhur türk aparıcıdan ölmüş valideynlərinə milyonluq ehsan - FOTO

Məşhur türk aparıcıdan ölmüş valideynlərinə milyonluq ehsan - FOTO

Qazandığı pulla tez-tez mətbuatın gündəminə gələn Türkiyənin tanınmış aparıcısı və prodüseri Acun İlıcalını həm də yardımsevərliyi məşhurlaşdırıb.



TESYEV-ə (Türkiyə Əlil İdman Yardım və Təhsil Fondu) 5 milyon lirə (1 milyon 775 min manat) yardım edən Acun Ədirnədə təhsil aldığı orta məktəbə 38 000 lirə (13 500 manat) bağışlayıb.



Tanınmış aparıcının növbəti nümunəvi addımı isə 24 il əvvəl itirdiyi valideynlərinin xatirəsini əbədiləşdirmək üçün olacaq. Belə ki, Acun İlıcalı 1990-cı ildə yol nəqliyyat qəzasında itirdiyi ana-atasının adına qocalar evi və reabilitasiya mərkəzi tikdirir.



Məlumata görə, İlıcalı “Ergün-İlknur İlıcalı xəstə baxımı və uşaq reabilitasiya mərkəzi” hazır olduqdan sonra onu Sosial Xidmətlər Qurumunun nəzarətinə verəcək. Acun açılışı valideynlərinin vəfatının 25-ci ildönümü olacaq gələn ilə çatdırmağı planlaşdırır. /Anspress

Xəbər lenti

DAHA ÇOX XƏBƏR