Azərbaycanlı müğənni ərini belə təbrik etdi-FOTO
Bizi izləyin

Tabloid.az

Azərbaycanlı müğənni ərini belə təbrik etdi-FOTO

Müğənni Samira sənət yolundan danışarkən vaxtilə ona qoyulan qadağalardan da danışıb. Publika.az-ın məlumatına görə, sən demə, müğənni xanımın sənətə gəlişi ilk günlər qardaşı tərəfindən etirazla qarşılanıb. Amma ailə qurduqdan sonra isə həyat yoldaşının dəstəyi nəticəsində istəyinə qovuşub: “Qardaşım mənim müğənni olmağımın əleyhinə idi, çünki o vaxtlar qızların müğənni olmasını yaxşı qarşılamırdılar. Amma bəxtim gətirdi ki, həyat yoldaşım mənə mane olmadı. İstəsəydi, sənətimə problem yarada bilərdi və bu da məndə sıxıntı yaradardı. Mən ailə qurandan sonra qısa vaxtda səhnəyə çıxmadım. Sonra başa düşdüm ki, səhnəsiz yaşaya bilmərəm”.

Yeri gəlmişkən, Samira İnstaqram-da həyat yoldaşı ilə çəkdirdiyi fotosunu paylaşaraq onu ad günü münasibəti ilə təbrik edib. Təbrik də elə oxuduğu musiqilərsayağı ingilis dilində olub.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm