Anar Mədətov canlı yayımda söyüş söydü - VİDEO
Bizi izləyin

Tabloid.az

Anar Mədətov canlı yayımda söyüş söydü - VİDEO

Anar Mədətov canlı yayımda söyüş söydü - VİDEO

Rəqsanə İsmayılovanın prodüseri Anar Mədətov canlı yayımda qəzəblənib söyüş söydü.

Publika.az-ın məlumatına görə, prodüser "Xəzər" televiziyasının “Bizim gün” proqramında bəzi saytları təhqir edərək, onların ünvanına nalayiq ifadələr səsləndirib.

Buna səbəb isə prodüserin bir müddət öncə döyülməsi ilə bağlı yayılan xəbər olub. Prodüser olayın jurnalistlər tərəfindən şişirdildiyini deyərək, onları qeyri-peşəkarlıqda ittiham edib.

Xatırladaq ki, bir neçə gün öncə, bəzi saytlarda "Azəristar" yarışmasının qaliblərindən olan Əfqanın toyunda Anar Mədətovun restoranın foyesində döyülməsi xəbəri yayılıb.

Yazılan xəbərlərə görə, buna səbəb prodüserin musiqiçilərlə mübahisə etməsi və onların ünvanına təhqiramiz sözlər söyləməsi olub.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm