Məşhur aktyor çılğına döndü: "Məni ələ salıbsınız?!"
Bizi izləyin

Tabloid.az

Məşhur aktyor çılğına döndü: "Məni ələ salıbsınız?!"

Türkiyənin məşhur aktyorlarından biri, 66 yaşlı Sümer Tilmaç ona təklif edilən qonorarın məbləğini biləndə çılğına dönüb, sinirlənib.


Milli.Az AHT-yə istinadən bildirir ki, "TMC Film" studiyasının çəkdiyi "Aramızda kalsın" teleserialından təklif alan aktyor deyib: "Serialda gimnastika məşqçisini oynamağımı istəyirdilər. Bir neçə seriyada çəkilməliydim. Hər seriyaya da 1500 lirə verəcəkdilər. Onlara dedim ki, məni ələ salıbsınız?!



Kıvanc Tatlıtuğun 65 min lirə aldığı yerdə bu nə puldur? Peşəsinə illərini vermiş bir insana 1500 lirə təklif etmək sayğısızlıqdır. Əcəba, "ölümünə az qalıb" düşünürlər onlar? Ölməmişik, ayaqdayıq".


Sümer Tilmaç ötən ay ürəktutması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm