Leonardo Di Kaprio Çelyabinskin xalq artisti adını aldı
Bizi izləyin

Tabloid.az

Leonardo Di Kaprio Çelyabinskin xalq artisti adını aldı

Hollivudun məşhur aktyoru Çelyabinsk kamera teatrının fəxri aktyoru adını alıb.

Di Kaprio Amerika kino akademiyasının “Oskar-2014” mükafatına layiq görülmədikdən sonra Çelyabinsk kamera teatrının kollektivi aktyora “Oskar” mükafatına bənzər çuqundan hazırlanmış heykəlcik təqdim edib.

Bundan sonra Di Kaprio teatrın bütün tamaşalarına pulsuz baxa və öz reklam çarxlarında teatrın adından istifadə edə biləcəkdir.

Teatr aktyora fəxri ad alma haqqında olan bildirişi “Twitter” və Hollivuddakı dostlar vasitəsi ilə göndərib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm