Məşhur pop ifaçısı Mustafa Sandalı Azərbaycana kim gətirir? - Foto
Bizi izləyin

Tabloid.az

Məşhur pop ifaçısı Mustafa Sandalı Azərbaycana kim gətirir? - Foto

"SA ORGANIZATION" artıq 15 ildir ki, öz fəaliyyəti ilə adı haqqında kifayət qədər təsəvvür yarada bilib. Selahattin Atalay tərəfindən yaradılan organization bu illər ərzində istər ölkə daxilində, istərsə də ölkədən kənarda bir sıra iri konsert layihələrini reallaşdırmağa müvəffəq olub. Şirkət Rusiya, Qazaxıstan, Ukrayna və bir çox ölkələrdə tanınmış ulduzların unudulmaz konsert proqramlarını təşkil edib. Ölkəmizdə bu işin təməlini qoyan şirkət kimi "SA Organization" işinə mükəmməl və peşəkarcasına yanaşaraq indiyə kimi tanınmış ifaçılardan İbrahim Tatlıses, Nilufer, Ajda Pekkan, Alişan, İngrid Alberini, İmagination, məşhur rəqs qruplarından olan "Anadolu ateşi", “Tararam”, "Şaman",Celtic Legends, həmçinin Ruslana, Kenan Doğulu, və s. kimi bir çox məşhurların konsert layihələrinə imza atıb. Bu gün isə organization yeni konsert layihəsi ilə görüşünüzə gəlib.

"SA ORGANIZATION"-un təşkilati dəstəyi ilə Türkiyənin məhşur pop ifaçısı Mustafa Sandal 5 aprel 2014 - cü il tarixində Heydər Əliyev Sarayında "Təsir altında" adlı konsertiylə sevənlərinin görüşünə gələcək.

Publika.az-ın məlumatına görə, 90 - ci illərdən səhnə fəaliyyətinə başlayan Mustafa Sandal Türkiyənin ən zəhmətkeş sənətçilərindəndir. Sadəcə, musiqi sahəsində deyil, həmçinin kino, serial, televiziya, reklam sahələrində də özünü sınayan və uğurlara imza atan müğənni bu günə qədər bütün dünyada 13 milyondan çox albom satıb. İndiyə qədər musiqi sahəsində 20 - dən çox mükafat alan Türkiyənin, həmçinin Azərbaycanın sevimlisi Mustafa Sandal hər zaman çıxardığı albomları və yazdığı mahnıları ilə tamaşaçısının yaddaşında qalmağı bacarıb. 3 il boyunca albom çıxarmayan müğənni musiqi üçün darıxmaq istədiyini və bunun üçün 3 il musiqiyə ara verdiyini bildirmişdir. 3 il aradan sonra çıxardığı "Organik" albomuna "Həyatımın albomu" adını verən sənətçi bu alboma olan güvənini dilə gətirmişdir. Albom Mustafa Sandalın indiyə qədər ən çox bəyənilən albomları sırasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm