Aşıq Samirə ilə boşanan həyat yoldaşı danışdı: “Onun ilk həyat yoldaşından olan qızı....”
Bizi izləyin

Tabloid.az

Aşıq Samirə ilə boşanan həyat yoldaşı danışdı: “Onun ilk həyat yoldaşından olan qızı....”

“Günaydın” verilişində qonaq olan Aşıq Samirə boşanmağı barədə olan söz-söhbətdən bezdiyini bildirib.

“Günaydın” verilişində qonaq olan Aşıq Samirə boşanmağı barədə olan söz-söhbətdən bezdiyini bildirib.

“Xahiş edirəm mənim boşanmağım və şəxsi həyatım barədə danışmayın. Bu verilişə bu məqsədlə çağırıldığımı bilmirdim. Bilsəydim gəlməzdim. Şəxsi həyatım və boşanmağım barədə danışmaq istəmirəm və burada nöqtə qoyuram”.

Aşıq Samirənin həyat yoldaşı Rizvan da boşanmaqları barədə show.az-a açıqlamasında bu xəbəri təsdiqləyib. O, indiyə kimi bu mövzu barədə danışmamasını isə belə əlaqələndirdi.

“Artıq yollarımız ayrılıb, boşanmışıq. Mediyada işıqlandırmaq istəmədik. O xanımla artıq ayrı yaşayırıq. Mənim barəmdə xəbər saytarında səhv məlumat da getmişdi. Yazılmışdı ki, guya mənim ilk evliliyimdən bir övladım var. Lakin mənim ilk övladım Samirə xanımla olan evliliyimdəndir. Onun ilk həyat yoldaşından olan qızı da mənə öz övladım kimidir. Mənə ata kimi baxır. Boşansam da, onlarla əlaqəm var. Oğlumla görüşürəm, birgə vaxt da keçiririk”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm