• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qızlar yaraşıqlı oğlana hücum etdilər - Fotolar

Qızlar yaraşıqlı oğlana hücum etdilər - Fotolar

Dünən Park Bulvar AVM-də "Best Model of World"un qalibi, ABŞ-da yaşayan model Rütəm Cəbrayılovun imza günü keçirilib. "Addım Yaradıcı Gənclər Assosiasiyasının" təşkilatçılığı ilə keçirilən tədbiri təşkilatın sədri Hüseyn Cavadzadə və telejurnalist Günay Malikqızı açıb. Daha sonra media nümayəndələri və Rüstəmi sevənlərin iştirakı ilə 4 saat davam edən imza mərasimi və fotoset keçirilib.

Qeyd edək ki, izdihamın çoxluğu təşkilatçıları tədbirin vaxtını iki dəfə artırmağa məcbur edib. Rüstəm Cəbrayılov tədbir boyunca fanatlarından maraqlı hədiyyələr alıb. Açıqlamasında Hüseyn Cavadzadə bunları söyləyib:

"Biz adımızdan göründüyü kimi hər zaman yaradıcılıq və incəsənət sektorunda fəaliyyət göstərən gənclərə dəstək oluruq. Əminliklə söyləyə bilərəm ki, Rüstəmin uğurlarını model sahəsində heç bir azərbaycanlı əldə etməyib. Biz mütləq belə həmyerlilərimizə sahib çıxmalıyıq. Çünki o, həm öz peşəsi, həm də aktiv fəaliyyəti ilə Azərbaycanı layiqincə təmsil edən gəncdir".

Zəminə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR