Türk sənətçisi Tünzalə Ağayeva haqqında nələr dedi? - Fotolar
Bizi izləyin

Tabloid.az

Türk sənətçisi Tünzalə Ağayeva haqqında nələr dedi? - Fotolar

Publika.az-ın məlumatına görə bu şənbə TRT Muzik kanalında əməkdar artist Tünzalə Ağayevanın “Bir səsin cazibəsi” proqramının növbəti buraxılışı olacaq. Sənətçimizin bu dəfəki qonağı Türkiyənin sevilən pop ulduzu Levent Dörterdir ki, o, “Aşka sayqımdan”, “Öpmək lazım” adlı albomları ilə məşhurdur. Qonağı əməkdar artist haqqında bunları deyib:

“Uzun zamandır izlədiyim Tünzalə xanımı yaxından tanıdığıma çox şadam və səsinin, bəstələrinin heyranıyam. Verilişində bir daha qonaq olmaq istərəm”.

Tunzalə xanım da öz növbəsində Levent Dörterin çox istedadlı musiqiçi və müğənni olduğunu qeyd edib. Tünzalə xanım geyimi ilə də diqqət çəkib. Sənətçi geydiyi libasın Gülnarə Xəlilovanın Moda Evinə məxsus olduğunu diqqətə çatdırıb.

Məlumat üçün bildirək ki, Türkiyənin müxtəlif sənətçiləri Tünzalə xanımın bəstələrini oxumaq arzusundadırlar. Yaxın zamanlarda bu haqda məlumat veriləcək.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm