“İranlı Bred Pitt” üzr istədi
Bizi izləyin

Tabloid.az

“İranlı Bred Pitt” üzr istədi

Qərbdə “iranlı Bred Pitt” kimi tanınan İran aktyoru Bəhram Radan, ABŞ-da eynicinslilərin nikahın təqdir etdiyi üçün ictimaiyyətdən üzr istəyib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Radan Ali Məhkəmənin eynicinslilərin nikahı ilə bağlı qərarını səhv adlandırıb.

Qeyd edək ki, iranlı aktyor sosial şəbəkələrin birində eynicinslilərin evliliyini tarixi an adlandırıb və onu köləliyin ləğvi ilə müqayisə edib. Onun bu fikirləri ictimaiyyətin tənqidinə məruz qalıb. Radan mədəniyyət nazirliyinə çağırılıb.

İranda homoseksuallıq qanundan kənar hesab olunur və onun cəzası 100 qamçıdır.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm