70 illik nağıldan sonra qəribə RƏQƏMLƏR: Azərbaycan hardadı, Ermənistan harda?
Bizi izləyin

Təhlil

70 illik nağıldan sonra qəribə RƏQƏMLƏR: Azərbaycan hardadı, Ermənistan harda?

Sovetlər Birliyinin dağılmasının 25-ci ildönümü tamam olur. Amerikanın məşhur “Gallup” Mərkəzi keçmiş Sovet ölkələri arasında sorğu keçirib.

Nəticələrə görə, 11 postsovet ölkəsindən 7-si birliyin dağılmasından zərərli çıxıb. Yalnız Azərbaycan, Türkmənistan və Qazaxıstan bu parçalanmada mənfəətli olub. Ümumiyyətlə, keçmiş Sovet ölkələrinin əhalisi fayda və zərər məsələsində iki yerə bölünür: 51% deyir ki, ölkələri Sovetlər Birliyinin dağılmasından zərərli çıxmayıb. Qalan 49% isə əksini – ölkələrinin zərər gördüyünü düşünür.

Doğurdanmı belədir? Əslində SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş ölkələrdə iqtisadi böhran özünü qabarıq göstərdi. Çünki bir sistemdən - sosializmdən bazar iqtisadiyyatına keçid, iqtisadiyyatın dağılması, istehsalın heçə endirilməsi, yüksək dərəcədə inflyasiya böhran yaratdı.

Sonradan nə baş verdi? Dünya Bankının son hesabatına görə, SSRİ respublikaları arasında iqtisadiyyatının həcminə görə Rusiya liderdir. Rusiyanın ÜDM-nin həcmi 2,1 trilyon dollardır. Rusiyadan sonra ən iri iqtisadiyyata malik keçmiş sovet respublikası Qazaxıstandır - 224,4 milyard dollar. Bu göstərici ilə Qazaxıstan adambaşına düşən ÜDM-in həcminə görə orta səviyyəli ölkələri qabaqlayıb. Qazaxıstan hesabata daxil edilən dünya ölkələri arasında 45-ci yerdədir. Qazaxıstandan sonra ÜDM-in həcminə görə Ukrayna gəlir - 177,4 milyard dollar. Ukrayna hesabatda 56-cı yerdə qərarlaşıb.

Ukraynadan sonra keçmiş sovet respublikaları arasında ən iri iqtisadiyyata malik ölkə Azərbaycandır. Azərbaycan 73,6 milyard dollarlıq ÜDM-lə dünya ölkələri arasında 67-ci sırada yer alır. MDB respublikalarından Belarus 73.6 milyard dollarlıq ÜDM-lə Azərbaycanı izləyir. Özbəkistan 56,8 milyard dollarlıq ÜDM-lə Belarusdan bir pillə aşağıdadır. MDB-yə daxil olmayan keçmiş sovet respublikalarından Litvanın 42,3, Latviyanın 28,4, Estoniyanın isə 24,5 milyard dollarlıq ÜDM-i var. Ermənistan 10,4 milyard dollarlıq iqtisadiyyatı ilə MDB regionunda və dünyada ən aşağı yerlərdən (135) birindədir. Gürcüstan iqtisadiyyatının həcmi 16,1 milyard dollar, Tacikistan iqtsadiyyatının həcmi cəmi 8,5 milyard dollardır. Qırğızıstanda isə ÜDM daha azdır - 7,2 milyard dollar. Moldova iqtisadiyyatı da Qırğızıstanla müqayisə oluna bilər - 7,9 milyard dollar. Təbii qaz ehtiyatları ilə zəngin Türkmənistanın ÜDM həcmi 41,9 milyard dollardır. Azərbaycan iqtisadiyyatı təxminən keçmiş SSRİ respublikalarından Moldova, Gürcüstan, Ermənistan, Tacikistan, Qırğızıstan və Estoniyanın iqtisadiyyatlarının cəminə bərabərdir.

Azərbaycanın iqtisadiyyat nazirinin keçmiş müavini Oqtay Haqverdiyev bildirir ki, SSRİ dövründə yeganə dotasiyasız dolanan ölkələr Rusiya və Azərbaycan idi. Digər dövlətlər mərkəzdən dotasiya ilə dolanırdılar. Onun sözlərinə görə, SSRİ-nin dağılması bir sıra ölkələrin – Tacikistan, Moldova və Ermənistanın iqtisadiyyatları üçün müsbət nəticələnmədi. Bu dövlətlər hələ də dağılmış iqtisadiyyatlarını dirçəldə bilməyiblər:

“Hazırda Rusiya, Qazaxıstan, Azərbaycan, Ukrayna iqtisadiyyatları postsovet ölkələrinin arasında öndədir”.

Bir məqamı qeyd edək ki, rəqəmlər Sovet İttifaqının iqtisadi baxımdan həm güclü, həm də gücsüz olduğunu göstərir. Məsələn, 1990-cı ildə ittifaqın ümumi daxili məhsulu (ÜDM) 1 trilyon sovet rublu təşkil edib. Nəzərə alsaq ki, həmin ərəfədə dolların rəsmi məzənnəsi 59 qəpik idi, bu, Sovet İttifaqının ən zəif dövründə ÜDM-nin həcminin 1,7 trilyon dollara bərabər olması deməkdir.

O ki qaldı SSSR-nin zəif tərəflərinə, düzdür, bir sıra ölkələr - Tacikistan, Özbəkistan və Ermənistan 100% dotasiya ilə saxlanılırdı. Əksər respublikaların büdcələrinə yalnız 6,2 faiz yük düşürdü. Maliyyələşdirmənin 78,5 faizi mərkəzdən gəlirdi. Sovetlər Birliyinin özünün hazırladığı statistikaya nəzər yetirdikdə də bu aydın şəkildə görünür.

Respublikalar üzrə adambaşına düşən istehsalın illik həcmi (min dollarla)

Respublikalar

1985

1987

1989

1990

RSFSR

14,8

15,8

17,5

17,5

Belorusiya

15,1

16,1

16,9

15,6

Ukrayna

12,1

12,7

13,1

12,4

Qazaxıstan

10,2

10,9

10,8

10,1

Özbəkistan

7,5

7,2

6,7

6,6

Litva

13

14,6

15,6

13

Azərbaycan

11

10,8

9,9

8,3

Gürcüstan

12,8

12,8

11,9

10,6

Türkmənistan

8,6

8,8

9,2

8,6

Latviya

17

17,3

17,7

16,5

Estoniya

15,4

17,6

16,9

15,8

Qırğızıstan

8,3

7,8

8

7,2

Moldaviya

10,5

11,2

11,6

10

Ermənistan

12,7

12,4

10,9

9,5

Tacikistan

6,5

6,2

6,3

5,5

Respublikalar üzrə adambaşına düşən istehlakın illik həcmi (min dollarla)

Respublikalar

1985

1987

1989

1990

RSFSR

12,5

13,3

12,8

11,8

Belorusiya

10,4

10,5

12

12

Ukrayna

13,3

13,2

14,7

13,3

Qazaxıstan

8,9

10,4

14,8

17,7

Özbəkistan

12,0

12,9

18,0

17,4

Litva

23,9

22,2

26,1

23,3

Azərbaycan

7,4

12,7

14

16,7

Gürcüstan

31,5

30,3

35,5

41,9

Türkmənistan

13,7

18,8

20,0

16,2

Latviya

22,6

19

21,7

26,9

Estoniya

26

27,8

28,2

35,8

Qırğızıstan

8,8

10,2

10,1

11,4

Moldaviya

12,8

13,5

15,8

13,4

Ermənistan

32,1

30,1

30

29,5

Tacikistan

10,7

9,5

13,7

15,6

Dünya Bankı tərəfindən hazırlanan 1990-cı ildə Sovetlər Birliyi ölkələrinin iqtisadi göstəricilərini əks etdirən rəqəmlər də maraqlı fatkları ortaya qoyur.

Respublikalar

Əhalinin sayı (milyon)

ÜDM –in həcmi (milyard dollar)

SSSR-də payı

( %)

SSSR

287,8

1971,5

100

RSFSR

148,3

1189,6

60,33

Ukrayna

51,9

352,8

17,8

Özbəkistan

20,5

40,4

2,0

Qazaxıstan

16,3

134,6

6,8

Bellorusiya

10,2

53,3

2,7

Azərbaycan

7,2

39,4

1,9

Tacikistan

5,3

12,5

0,6

Qırğızıstan

4,4

9,9

0,5

Türkmənistan

3,7

19,8

1,0

Gürcüstan

4,8

24,9

1,2

Moldaviya

3,7

15,3

0,7

Ermənistan

3,5

8,6

0,4

Litva

3,7

34,5

1,7

Latviya

2,7

20,9

1,0

Estoniya

1,6

15,0

0,7

SSRİ ölkələrindən kim dirildi, kim yerində saydı?

SSRİ dövründə Özbəkistan və Qazaxıstan əsas gücü buğda və pambıq əkininə vermişdilər. Litva və Latviya elektronika sahəsini inkişaf etdirmişdi. Bura “Snayqe” soyuducularını, “Şilyalis” televizorlarını şamil etmək olar. Ukrayna qənd, aviasiya, kimya sənayesi, Belarusiya kartof, Zaqafqaziya və Moldova şərab istehsalına güc vermişdi. Ermənistana gəlincə, bu ölkədə adambaşına istehsal Rusiya ilə müqayisədə 2 dəfə az idi, lakin ermənilər 2,5 dəfə çox “yeyirdilər”. Gürcüstan isə 3,5 dəfə RSFSR-dən yaxşı yaşayırdı. Bu gün vəziyyət necədir?

Başlayaq Qazaxıstandan. Bu ölkə ÜDM-in həcminə görə SSRİ-də üçlüyə daxil idi. Ötən 25 ildə Qazaxıstan öz iqtisadiyyatını böyütməyi bacardı. Bir zamanlar pambıq istehsalçısı olan ölkə neft və qaz hasilatını artırmaqla naliyyətlər əldə etdi.

Belarusu da uğur əldə etmiş ölkə hesab etmək olar. Onlar ukraynalılardan 2,5 dəfə varlı yaşayırlar. Nəzərə alsaq ki, Belarusun heç bir enerji resursu yoxdur, bu qədər fantastik gəliri necə əldə etməsi sual doğurur. Lakin o bəllidir ki, Belarus qida sənayesini inkişaf etdirməklə, traxtor, soyuducu istehsal etməklə dünya sənayesində rəqabət aparmaq imkanı qazanıb. Ən əsası da odur ki, onlar SSRİ-dən qalma heç bir zavodun qapısını qıfıllamadılar.

SSRİ-nin əsas sənaye gücü (aviasiya, avtomobil istehsalı, metallurgiya, neft emalı və neft-kimya sənayesi) hesab edilən Ukrayna bu gün dünyanın ən kasıb ölkəsidir. Hətta aclıqla üz-üzə qalan Venesuelanın ümumi daxili məhsulunun həcmi Ukraynadan 1,5 dəfə çoxdur.

Sovet İttifaqının əsas lokomativi sayılan Baltikyani respublikalara gəlincə, bu gün onlar Avropa Birliyinin dotasiyası ilə ayaqda qala biliblər. Bu maliyyə yardımları da 2019-cu ildə bitəcək. SSRİ dövründə Baltikyani respublikalarda fəaliyyət göstərən sənaye müəssisələrinin heç biri qalmayıb.

Azərbaycana gəlincə, neft sənayesini inkişaf etdirdi. Regionun ən güclü dövlətlərindən birinə çevrildi. Ermənistan isə 25 il əvvəlki kimi ətrafdan cəlb etdiyi dotasiya ilə yaşamaqda davam etdi. Gürcüstan Avropa Birliyinin dəstəyi ilə istehsal sənayesini inkişaf etdirdi.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm