• USD 1,7001 0,00% EUR 2,0010 -0,38%
    • GBP 2,2439 +0,72% RUB 0,0295 -0,34%

Qabını deyil, mədəmizi çatladan sirkə - Bizi kimlər ÖLDÜRMƏYƏ ÇALIŞIR?

  • Təhlil
  • 3 Mart 2017 22:00
  • 7 503 Baxış
Qabını deyil, mədəmizi çatladan sirkə - Bizi kimlər ÖLDÜRMƏYƏ ÇALIŞIR?

Gündəlik həyatda geniş istifadə etdiyimiz sirkə və sirkə turşusu (uksus) keyfiyyətindən asılı olaraq, insan oqranizmi üçün təhlükə yaradır. Məsələn, 10 il əvvəl insanlar uksus içib intihar edirdilər. Hazırda isə mağazaların piştaxtalarını bəzəyən sirkə, sirkə turşusu məhsullarının tərkibi bir-birindən fərqlənmir. Bəzən elə təssəvvür yaranır ki, sirkələr məhz tərkibi kimyəvi maddələrdən hazırlanan sirkə turşusuna su qatılmaq yolu ilə hazırlanır.

Sirkənin tərkibi

Sirkə haqqında məlumatlar insanlara çox qədimdən məlumdur. Ümumiyyətlə, sirkə şərabın fermentasiyasıdır. Sirkə üzümdən, almadan, baldan və s. hazırlanan turş mayedir. Buna görə soyuqluq və quruluq verir, bədənə tez sorulur, dərmanların təsirini sürətləndirir. Susuzluğu yatırır, həzmə kömək edir, iştahı artırır, bəlğəmi əridir və onun xaric olmasını asanlaşdırır, mədə iltihabı üçün münasibdir. Acqarına bir müddət sirkə işlətmək bağırsaq qurdunu öldürür. O ki qaldı sirkənin hazırlanmasına, götürək alma sirkəsini. Almanı (anton, ya da smerinko növü) təmiz yuyun, çürük yerlərini kəsin, şirə maşınından (ya da geniş gözlü rəndədən) keçirin. Çiy horranı şüşə bankalara, yaxud ağac və ya saxsı qablara tökün, qaynanmış su (bir qədər isti) əlavə edin (hər 400 qr horraya 0.5 l. su). Sonra hər litr suya 100 qr bal, yaxud rafinə olunmamış şəkər, 10 qr çörək mayası (droj) və 20 qr quru çörək əlavə edin. Dolu qabı 10 gün açıq, 20-30 dərəcədə istidə saxlayın. Horranı gündə 2-3 dəfə ağac qaşıqla qarışdırın. 10 gündən sonra kütləni tənzif torbaya tökərək sıxın. Alınmış şirəni təkrar tənzifdən süzün. Çəkisi müəyyən edildikdən sonar gen boğazlı qaba tökün. Hər litrə 50-100 qr bal, yaxud şəkər tökün, tam əriyənə qədər qarışdırın. Sonra bankanı tənziflə örtün ki, qıcqırma davam etsin. 40-60 gündən sonra maye şəffaflaşır. Bu vaxt maye filtirli qıfdan keçirilir, şüşə qablara tökülür, ağzı tıxacla qapanır. Göründüyü kimi, sirkənin hazırlanması elə də asan başa gəlmir. Hazırda bazarda dəyəri maksimum 2 manat təşkil edən bu məhsulların xammalınını üzüm, alma olduğu şübhə doğurur.

Uksus - CH3COOH

Sirkə turşusu (CH3COOH, sistematik adı: etan turşusu) - doymuş birəsaslı karbon turşusudur. İlk dəfə sirkə turşusunun metallara təsirini yunan alimi Teofrast izah edib. 1847-ci ildə isə Alman alimi Adolf Kolbe sirkə turşusunu qeyri-üzvi birləşmələrdən alıb. Beləliklə XIX əsrin sonu XX əsrin əvvəlində sirkə turşusunun əsas istehsalçısı Almaniya olub. Mütəxəssislər bildirir ki, sirkə turşusu üzvi turşudur. Doymuş birəsaslı karbon turşuların homoloqları sırasında qarışqa turşusundan sonra gələn ikinci nümayəndədir. Rəngsiz, hidroskopik, kəskin iyli, suda yaxşı həll olan mayedir. Təqribən 16,7 ° С temperaturundan aşağı temperaturda donur. Sirkə turşusu korroziya əmələ gətirir. İnsan orqanizmi üçün çox zərərlidir. Onun iyi göz və burun hissəni qıcıqlandırır. Tərkibində su olan zaman kimyəvi xassələrini dəyişir. Müxtəlif məhlullara və qazlara birləşir. HF, HCl, HBr, HI və s. kimi qeyri-üzvi birləşmələrə birləşə bilir. Sirkə turşusundan sənayedə geniş istifadə olunur. Əsasən, müxtəlif içkilər üçün hazırlanan şüşələrin və sellülozanın asetatının istehsalatında istifadə edilir. Asetit turşu qida sənayesində tampon xüsusiyyətindən ötəri E260 adıyla bir qatqı maddəsi kimi istifadə edilir. Sirkə turşusunun törəmələrinin də müxtəlif istifadələri vardır. Məsələn: Sodium asetat toxuma sənayesində və qida qatqı maddəsi olaraq (E262) istifadə edilir. Sellüloza asetat, foto filmi istehsalında istifadə olunur. Sirkə turşusu dərini yandırır, gözə qalıcı zərər verir və dəridə qabarcıqlar meydana gəlməsinə səbəb olur. Təsirləri bir neçə saat sonra hiss edilir. Bu təsirlərdən qorunmaq üçün nitril qoruma əlcəkləri geyilir. Yandırıcı xüsusiyyəti olduğuna görə laboratoriyada istifadə edilməsi çətindir.

Konservlərə qatılması nə dərəcədə təhlükəlidir?

Sirkə turşusu tsiklik və xətti quruluşa malikdir. Sirkənin meydana gətirdiyi turşulu mühit, qidaların pozulmasına səbəb olacaq mikroorqanizmlərin çoxunun böyüməsinin qarşısını alır. Buna görə turşulama tərəvəzlərin ömrünü uzatmaq üçün təsirli bir üsuldur. Lakin sirkə turşusunun keyfiyyətsiz hazırlanması konservləri insan sağlamlığı üçün təhlükəli edə bilər.

Sirkə bazarı

Kifayət qədər rentabelli olan bu bazarın faəl oyunçusu Çindir. 2008-ci ilə olan məlumatlara əsasən sirkə turşusunun istehsalı dünya üzrə 12,03 milyon ton təşkil edib. İstehsalın 22% ABŞ-a aiddir. Asiya regionunun payına istehsalın 67%, Avropanın payına isə 9,6% düşür. Onu da bildirək ki, sirkə turşusuna dünya bazarında tələbat hər il 3-5% artır.

Azərbycan bazarı

Hazırda bazarda yerli məhsullarla yanaşı, İran və Türkiyədən idxal olunan sirkələr də satılır. Müqayisələr göstərir ki, onlar arasında ən keyfiyyətsizi İran istehsalı olan sirkələrdir. Bu əslində qiymət fərqində də özünü göstərir. Ekspertlərin rəyinə əsasən, yerli məhsulların da keyfiyyəti elə də yüksək deyil. Bir sıra hallarda sintetik, kimyəvi maddələrdən sirkə hazırlanır. Hətta bazarda elə sirkə məhsulları var ki, onlar adi şəraitdə sexlərdə istesal edilir.

İqtisadiyyat şöbəsi

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>