Təhlil
Bakı rusları oyundan çıxarır: Bazar uğrunda döyüş və Putinin dəhşətli QİSAS PLANI
Rusiya Türkiyənin qaz bazarının üçdə birini itirə bilər,
lakin Moskva bunun əvəzində Ankaradan qisas alacaq.
Publika.az xəbər verir ki, “Life.ru” saytı qaz bazarı
uğrunda mübarizənin getdikcə şiddətləndiyini yazır.
Sayt qeyd edir ki, Türkiyə qaz iynəsinin üzərində “oturur”, amma
Ankara var gücü ilə enerji istehlakını diversifikasiya etməyə
çalışır: “Əsasən xarici resurslardan asılılığın azalması və
Avropanın enerji təminatında əsas hab (paylayıcı) olmaq məqsədi
Türkiyənin yeni milli energetika proqramının prioritetidir.
Proqnozlara görə, Azərbaycandan mavi yanacağın idxalına görə Rusiya
türk bazarındakı payının üçdə birini itirəcək”.
Məqalədə bildirilir ki, aprelin əvvəlində Türkiyənin energetika
naziri Berat Albayrak milli energetika proqramını təqdim etdi.
B.Albayrak bildirdi ki, qarşıdakı 15 il ərzində nail olunacaq
hədəflər “inqilab deyil, lakin təkamüldür”.
Onun sözlərinə görə, əsas məqsədləri xarici resurslardan asılılığın
azaldılması və əsas paylayıcı olmaqdır.
Proqnozlara görə, Türkiyənin yeni energetika siyasətində əsas
zərərçəkənlərdən biri Moskva ola bilər. Hazırda Rusiya Türkiyənin
qaz ehtiyacının 59, İran 19, Azərbaycan 9, Əlcəzair 9, Nigeriya isə
7 faizini təmin edir. Göründüyü kimi, Rusiya türk bazarında
hegomondur.
Köln Universitetinin Energetika İnstitutunun nüfuzlu analitikləri
hesab edirlər ki, “Albayrak doktrinası”nda önümüzdəki 15 il ərzində
türk bazarında “Qazprom”un payı 38,9 faizə (ildə 35,3 milyard
kubmetr) düşə bilər. TANAP boru kəmərinin istifadəyə verilməsindən
sonra Azərbaycanın bazardakı payı isə 34,8 faizə (ildə 31,5 milyard
kubmetr) qalxacaq.
Analitiklər yazırlar ki, Türkiyənin 2030-cu ildə qaz idxalı ildə
90,5 milyard kubmetr olacaq. Hansı ki, 2017-ci ildə bu, 54,1
milyard kubmetrdir. Türkiyə öz ehtiyacları ilə yanaşı, Avropa
İttifaqı ölkələrinə – ilk növbədə Yunanıstan və Bolqarıstana da qaz
göndərəcək.
Hesablamalara görə, 2030-cu ilə qədər Türkiyənin Avropa İttifaqının
enerji təchizatındakı payı 6,8 faiz təşkil edəcək. Bu, Norveç,
Rusiya kimi enerji “bədheybətləri” ilə müqayisədə azdır. Lakin
Cənub-Şərqi Avropanın qaz bazarıda Türkiyənin töhfəsi əhəmiyyətli
olacaq.
Türkiyə paylayıcı olmaqla yanaşı, öz qazını çıxarmaq niyyətindədir.
Bu ölkənin Energetika Nazirliyi tarixində ilk dəfə olaraq qazma
gəmisi aldı. Qazma gəmisini satan ölkə isə Rusiyadır. Belə görünür
ki, Moskva Ankaranın ondan qaz asılılığını azaltması və Avropanın
qaz bazarında ən böyük “tranzit sultanı” olması üçün öz əli ilə
kömək edir. Lakin bu, ilk baxışda belə görünür...
Qisas
“Türk energetika fondu” (TENVA) hesabatında yazır ki, regionda
Türkiyənin əsas qaz habı olmasına Misir mane ola bilər. Məlumatlara
görə, Misirdə Zora adlı qaz yatağı tapılıb və bu, dünyanın ən
böyüük yataqlarından biridir. Türkiyə və Misir arasında
münasibətlər yoxdur. 2013-cü ildə Məhəməd Mursini devirən Sisini
Ərdoğan hələ də qəbul etmir.
İtaliyalı geoloqlar Zora yatağında 30 trilyon kubmetr qazın
olduğunu hesab edirlər. Müqayisə üçün bildirək ki, nəhəng qaz
yatağına malik olan İsrailin ehtiyatları 14-20 trilyon kubmetr
qiymətləndirilir. Rusiya Zora yatağının 35 faiz səhmini alıb.
Moskvanın Misir vasitəsilə Aralıq dənizində apardığı energetika
ekspansiyası başa çatmayıb. 2017-ci ildə “Rosneft” və Misirin
“Egyptian Natural Gas Holding Company” (EGAS) dövlət şirkəti
arasında 600 min ton durulaşdırılmış təbii qazın tankerlərlə
çatdırılması haqda müqavilə imzalanıb. Rusiya bu investisiya
sayəsində regionun enerji bazarında daha əhəmiyyətli oyunçu olur.
Lakin bu əhəmiyyət Avropa bazarına türk təsirinin artması fonunda
azalır.
Rusiya Federasiyası hökuməti yanında Maliyyə Universitetinin
müəllimi, milli energetika təhlükəsizliyi fondunun aparıcı eksperti
İqor Yuşkov qeyd edir ki, Türkiyə qaz habı olmaq planlarını həyata
keçirmək üçün özünə mümkün qədər daha çox qaz kəmərinin çəkilməsini
istəyir: “Rusiyanın Bolqarıstana çıxarmaq istədiyi keçmiş “Cənub
axını” layihəsinin yenilənməsi türklər üçün əlverişsizdir. Avropa
İttifaqı isə Türkiyə vasitəsilə tranzit asılılığına düşmək istəmir.
Azərbaycan qazı artıq Türkiyə vasitəsilə gedir. Ankara İran qazını
da daşımağı planlaşdırır. Hərçəndə Tehran qazının Avropaya
çıxarılması perspektivi hələlik yoxdur”.
“Life.ru” yazır ki, Türkiyənin Avropa bazarında “tranzit sultanı”
olmaq planlarının reallaşması çətin görünür.
“Rusiya Ankaraya öz təsir vasitələrini saxlamağa çalışır. Türk
canavarı heç vaxt rus ayısına təkbaşına hücum etməyəcək.
Referendumdan sonra Türkiyə ilə Qərbin münasibətlərində soyuqlaşma
daha da gücləndi. Lakin Ankaranın Moskva ilə münasibətlərində də
suallar var. Xüsusilə iki ölkənin Suriya, Krım və ərzaq embarqosu
məsələrində fikir ayrılıqları ortadadır”, - deyə məqalədə
vurğulanır.
Asif
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO