Növbəti il üçün neftlə bağlı 4 mühüm proqnoz
Bizi izləyin

Təhlil

Növbəti il üçün neftlə bağlı 4 mühüm proqnoz

Neft bazarının ekspertləri yorulmadan bazarda vəziyyətin dəyişəcəyinə dair proqnozlar verir. Onlar ilin sonuna yaxın növbəti ildə neft bazarına hansı amillərin təsir qüvvəsinə malik olacağını müəyyən etməyə çalışır.

1. Quyuların qazılması ilə abadlaşdırılmasının qiyməti getdikcə artacaq

Növbəti ildə irili-xırdalı, bütün Amerika şirkətləri üçün güclü təsirgöstərəcək bir tendensiya müşahidə olunacaq.

2017-ci ilin əvvəllərindən etibarən, quyuların qazılması və abadlaşdırılması işlərinin xərcləri artdığı halda, məhsuldarlıq xeyli zəiflədi.

Bunun səbəbi kimi ekspertlər şirkətlərin öz fəaliyyət sahəsini genişləndirmək məqsədilə məhsuldarlığın daha az olduğu yerlərə keçməsində görür, həmçinin qazma proqramlarının genişləndiriləcəyinə baxmayaraq, məhsuldarlıq səviyyəsinin enəcəyini proqnozlaşdırırlar.

Şirkətlər məhsuldarlığı artırmaq üçün əlavə qazma qurğularını işə cəlb edərək və daha şox quyu qazaraq, işin ümumi həcmini artırmaq məcburiyyətində qalacaq ki, bu da neft servisi şirkətlərinin xidmət xərclərinin artmasına gətirib çıxaracaq.

2014-cü ildə neftin qiyməti düşdükdən sonra, neft servisi ilə məşğul olan şirkətlər müqavilələri və qiymətləndirilmə smetalarını yenidən gözdən keçirməyə hazır idi. İndi isə, qiymətlər bərpa olunduqca, tələbat və təklif qanunlarının qüvvəyə minəcəyini, servis şirkətlərin də müvafiq olaraq mənfəət səviyyəsini artıracağını gözləmək məntiqəuyğun sayılır.

Bundan əlavə, bir çox servis şirkətləri işin hazırkı səviyyəsini qoruyub-saxlamaq üçün, əvvəllər işdən azad etdikləri əməkdaşları yenidən işə götürməyə başlayacaq.

İşçi qüvvənin bir hissəsi işdən azad olunduqdan və ya müvəqqəti işsiz qaldıqdan sonra daha sabit sektorlarda işləməyə başladılar. Bu səbəbdən indi artıq kifayət qədər ixtisaslaşmış əməkdaşları yenidən işə qaytarmaq üçün əməkhaqlarının artırılmasına zərurət var.

Beləliklə, ekspertlər servis şirkətlərin öz tariflərini qaldıracağını, müqavilələrlə qiymətləndirməni artım məqsədilə yenidən gözdən keçirəcəyini təxmin edirlər.

2. “WTI” ilə “Brent” arasındakı fərq olduğu kimi qalacaq

“Stratas Advisors” ekspertləri “Brent” neftinin ən azından növbəti ilin ilk yarısında əvvəlki kimi “WTI” markalı nefti qabaqlayacağını proqnozlaşdırır. “Brent” neftinin qiymətləri OPEC tərəfindən tənzimlənərək dəstəklənəcək. Qiymətlərdə olan böyük fərq isə Amerika neftinin ixracatına təsirsiz ötüşməyəcək. Bununla belə, analitiklər bu sayaq qiymət fərqinin uzun çəkməyəcəyini və bu səbəbdən də vəziyyətin bu şəkildə olduğundan mənfəət güdən şirkətlərin üstünlük təşkil etməsinin müvəqqəti xarakter daşıyacağını ehtimal edir.

Bir sıra şirkətlər öz neftini ixrac etməklə və özləri üçün yeni bazarlar aşkar etməklə, bu fərqdən yararlanacaq. Eyni zamanda, analitiklər neft temalı şirkətlərinin istər ölkə daxilində, istərsə də xaricdə mənbələrin şaxələndirilməsinə ümid edəcəyini güman edir.

3. Geosiyasi risklər qiymətləndirmədə mühüm rol oynayacaq

Ekspertlər bazarın təbiət kataklizmlərindən və ya geosiyasi problemlərdən asılı olmayaraq tədarüklərdə baş verəcək pozuntulara daha kəskin reaksiya verəcəyini və Avropanın neft emalı şirkətlərinin növbəti ildə daha çox risklə üzləşəcəyini düşünür.

Bəzi hadisələri əvvəlcədən proqnozlaşdırmağın çətin olduğuna baxmayaraq, Kanadadakı yanğınlar, Meksika körfəzindəki qasırğalar, tufanlar və digər fəlakətlər hər zaman neft hasilatı üçün təhlükə təşkil edib. Aşağı hava temperaturu ilə soyuq qışda istər ABŞ-da, istərsə də xaricdə tələbat məsələlərində risklidir.

Təbii fəlakətlərdən başqa, geosiyasi risklər də mövcuddur. Analitiklər növbəti il üçün beş geosiyasi “qaynar xətti” göstərir: Venesuela, İran, İraq, Liviya və Nigeriya.

Venesueladakı siyasi vəziyyət artıq təsirini göstərir və bu ölkənin ixracatı əhəmiyyətli dərəcədə zəifləyib. İxracatın iflası isə ABŞ-la Çinin neft emalı şirkətləri üçün təsirsiz ötüşməyəcək.

ABŞ-ın neft emalı şirkətləri neftin keyfiyyəti ilə ödəniş məsələlərində olan problemlərlə əlaqədar Venesueladan neftin ixracını azaltdığı üçün, bu tənəzzüldən nisbətən az zərər çəkəcək. Çin neft emalı şirkətlərinin “nağd kreditlər qarşılığında neft” sxemi çərçivəsində vəd olunan həcmdə neft əldə etməyəcəyi üçün, təsirə daha çox məzruz qalacaq. Bu səbəbdən Çin şirkətləri başqa təchizat mənbələri axtarmaq məcburiyyətində qalacaq ki, bu da neftin qiymətinin atması ilə nəticələnə bilər.

İranda isə sanksiyalar üzündən təchizat həcmlərinin azalacağı riski gözlənilir ki, bu da, ilk növbədə, Avropa şirkətlərinin zərər çəkəcəyindən xəbər verir.

4. Ağır və yüngül neft arasındakı fərq azalacaq

“Stratas Advisors” analitiklərinin proqnozlarına görə, OPEC müqaviləsi ən azı növbəti ilin sonuna qədər qüvvədə olacaq. Lakin ağır neftlə yüngül neft arasındakı fərq də azalacaq ki, buna da səbəb təchizatda baş verəcək pozuntular ola bilər.

Ağır neftlə yügül neft arasındakı fərq məhz cari ildə, OPEC müqaviləsi qüvvəyə mindikdən sonra əhəmiyyətli dərəcədə azalıb.

Analitiklərin fikrincə, neft emalı şirkətləri təchizatın şaxələndirilməsini nəzərdən keçirəcək ki, bu da onların bazar şərtlərinin dəyişdirilməsinə cavab olaraq, mənfəətliyi artıracaqlarına şərait yaradacaq.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm