Texnoloji
Yenilik: 3D-printer vasitəsilə ofis binası tikiləcək
Dubayda 3D-printerin köməyi ilə ofis binasının inşası planlaşdırılır.
Publika.az ict.az saytına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Kabineti işləri üzrə dövlət naziri Məhəmməd əl-Qarqavi bildirib.
Nazirin sözlərinə görə, ümumi sahəsi 185 kvadratmetr təşkil edən birmərtəbəli tikili hündürlüyü altı metrdən çox olan printerdə laylar üzrə yaradılacaq. Həmçinin qurğunun köməyi ilə binanın struktur komponentləri və interyer əşyaları çap ediləcək. İnteryer əşyalarının hazırlanmasında dəmir-beton, gips, armaturlu şüşə və plastikdən istifadə olunacaq.
Çinin binaların inşasını həyata keçirən ilk şirkəti olan “Winsun” şirkəti bir neçə həftəyə ərsəyə gəlməsi nəzərdə tutulan bu layihədə iştirak edəcək. Cari ilin əvvəlində şirkət 3D-printer vasitəsilə yaradılan beşmərtəbəli yaşayış evi və villanı təqdim edib.
Üçölçülü printerlər ənənəvi bina tikintisi ilə müqayisədə tikinti müddətini 50-70 faiz, iş xərclərini isə 50-80 faiz azaltmağa imkan verir.
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye