Barmaq izləri skaneri təqdim edilib
Bizi izləyin

Texnoloji

Barmaq izləri skaneri təqdim edilib

Biometrik autentifikasiya sistemləri tərtibatçısı “Synaptics” şirkəti barmaq izlərinin skan edilməsi üçün yeni məhsulun istifadəyə verildiyini açıqlayıb.

Publika.az ict.az saytına istinadən xəbər verir ki, texnologiyanın noutbuk və digər qurğularda tətbiqi planlaşdırılır. Barmaq izlərinin tanınması üçün spesifik ötürücü təkmilləşdirilmiş təhlükəsizlik sistemi sayəsində mobil ödənişlərin artımını stimullaşdıracaq.

Ötürücü barmaq izini skan etməyə, nəticələri saxlamağa və yeni skanın qurğunun yaddaşında olan nümunə ilə uyğunluğunu yoxlamağa imkan verir.

Ötürücünün yerləşmə spesifikliyi barmaq izlərini daha etibarlı saxlamağa şərait yaradır.

Beləliklə, kibercinayətkarlar noutbuk və ya smartfona müdaxilə edərlərsə, barmaq izlərinə daxil ola bilməyəcəklər. Biomarkerlərin skan edilməsi və saxlanılması elektronikaya ziyan vura biləcək təhlükələrdən qoruyur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm