Rabitə Nazirliyi qanunsuz telefon trafikini bloklayıb
Bizi izləyin

Texnoloji

Rabitə Nazirliyi qanunsuz telefon trafikini bloklayıb

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil rabitə şəbəkələrində beynəlxalq telefon trafikinin qanunsuz istifadəsini bloklayıb. Bunu Trend-ə nazirlikdəki mənbə deyib.

Trafikin oğurlanması SIM-BOX qurğularının köməyi ilə həyata keçirilir. Qurğular mobil operatorların GSM-trafikinin internet-trafikə konvertasiyası üçün nəzərdə tutulub. Bundan istifadə edənlər beynəlxalq rabitəyə aşağı qiymətlər üzrə çıxış əldə edərək operatorlara maddi ziyan vururlar.

Nazirliyin məlumatına görə, yanvar-iyun aylarında 38 754 mobil SIM-BOX nömrəsi bloklanıb, onların 2521-i "Azercell", 19 851-i "Bakcell", 16 382-si isə "Azerfon" şirkətinə məxsus olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm