Texnoloji
Çinlilər 3 saata villa tikirlər
Çinin “ZhuoDa group” adlı şirkəti cəmi bir neçə saat ərzində bina inşa edən modulyar texnologiyanı nümayiş etdirib.
Publika.az ict.az saytına istinadən xəbər verir ki, şirkət üç saat ərzində “International Exhibition Center Plaza” sərgi mərkəzində ikimərtəbəli villa, Sian şəhərində isə bir analoji ev tikilib.
3d-conf.kz saytının məlumatına əsasən, bina su boruları, santexnika qurğuları və daxili işləmələrlə birlikdə şirkətin ərazisində inşa edilir. Sonra qismən hazır olan ev inşaat meydançasına aparılır. Divarların çapı üçün məxfi materialdan istifadə olunur.
Bu kimi evlərin yekun qiyməti digərləri ilə müqayisədə daha münasibdir, çünki nəqliyyat, tikinti materialları və texnikaya vəsait ödəməyə ehtiyac yoxdur. Ev 9 bal gücündə zəlzələyə, rütubət və oda davamlıdır.
Hazırda 40 dövlət layihəsi üzrə müqavilə imzalamış istehsalçı yeni material üçün 22 patentə malikdir.
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO