Ağıllı ayaqqabı uşaqları izləməyə imkan verəcək
Bizi izləyin

Texnoloji

Ağıllı ayaqqabı uşaqları izləməyə imkan verəcək

“MediaTek LinkIt” şirkəti valideynlərə uşaqlarının hərəkət istiqamətini izləməyə imkan verən ağıllı ayaqqabı hazırlayıb.

Ayaqqabı ağıllı saat üçün hazırlanmış Aster MT2502 texnoloji platforması əsasında yaradılıb. Bu platforma GSM və GPRS şəbəkələrini dəstəkləyir.

Ayaqqabı və onun kiçik sahibinə smartfon üçün hazırlanmış xüsusi proqram vasitəsilə nəzarət edilir. Valideynlər bir neçə rejimə malik proqramda müəyyən ərazini təyin edə bilərlər. Uşaqlar həmin ərazidən uzaqlaşdıqda qadjetə rejimin pozulması haqqında xəbərdarlıq siqnalı ötürülür.

520 miliamper/saat tutumu olan batareya ilə qidalanan ağıllı uşaq ayaqqabısının qiyməti təxminən 100 ABŞ dolları təşkil edir. Ayaqqabıdan məlumatların ötürülməsi üçün bulud texnologiyalarından istifadə olunur. Lakin onun hakerlərdən müdafiəsi üçün istehsalçıların nə kimi tədbirlər gördükləri hələlik məlum deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm