Ötən ayın ən çox axtarılanı
Bizi izləyin

Texnoloji

Ötən ayın ən çox axtarılanı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin iyul ayında ən çox istifadə edilən elektron xidməti “Telefon nömrəsi üzrə axtarış” xidməti olub.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bir ayda bu xidmətə 70 119 dəfə müraciət olunub.

Sözügedən xidmət ölkə üzrə “Elektron hökumət” portalı üzərindən ən çox istifadə olunan e-xidmətlər sırasında V yerdə qərar tutub.

E-xidmətdən yararlanmaq istəyən istifadəçi portalda müvafiq xidmətə telefon nömrəsini daxil etdikdən sonra bir sıra məlumatları əldə etmək imkanına malik olur.

Bu məlumatlar içərisində nömrə sahibinin adı, soyadı, yaşadığı ünvan, abunəçinin növü, vətəndaşın şəhərlərarası və beynəlxalq danışıqlar üzrə borcları, ADSL internet borcları və s. qeyd etmək olar. Sözügedən e-xidmət həmçinin istifadəçilərə borclarını onlayn şəkildə ödəmək imkanını təqdim edir.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm