“Facebook”dan yenilik: “Twitter”lə rəqabət aparacaq
Bizi izləyin

Texnoloji

“Facebook”dan yenilik: “Twitter”lə rəqabət aparacaq

“Facebook” sosial şəbəkəsi “Twitter”in istifadə etdiyi sərbəst mobil proqramı hazırlayır.

Publika.az xəbər verir ki, bu barədə “Facebook”dakı mənbəyə istinadən “Business Insider” nəşri deyib.

Məlumata görə, məqsəd qısa və əhəmiyyətli xəbərlərin operativ yayılmasıdır. Xəbərdarlıqlar 100 simvoldan ibarət mətndən (“Twitter”də 140 simvol) və media orqanının internet səhifəsinə aparan istinaddan ibarət olacaq.

Mənbənin məlumatına görə, proqram erkən sınaq mərhələsindədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm