iPhone-dan yenilik
Bizi izləyin

Texnoloji

iPhone-dan yenilik

Böyük Britaniyanın “Intelligent Energy” şirkəti iPhone 6 telefonları üçün yeni akkumulyator hazırlayıb.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yeni akkumulyatorların sayəsində telefon bir həftə ərzində elektrik enerjisi doldurmadan istifadə oluna biləcək.

Şirkət iddia edir ki, yeni təchizat elementlərindən istifadə etmək üçün cihazın ölçü və formasını dəyişməyə ehtiyac olmayacaq. Adi aparatlardan yeganə kosmetik fərq arxa tərəfdə ventilyasiya dəliyinin olmasıdır.

“Intelligent Energy” bildirib ki, hazırda elementlərin satış qiymətini hesablayır.

Hesab edilir ki, şirkət “Apple” ilə sıx əməkdaşlıq edir. Hərçənd “Intelligent Energy”-nin icraçı direktoru Henri Vinand bu şayiələrə münasibət bildirməkdən imtina edib. Bununla belə, o, indiyədək belə bir avadanlığın icad olunmadığını da bildirib.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm