• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Sosial şəbəkələrin fəaliyyəti sertifikatlaşdırılır - AZƏRBAYCANDA

Sosial şəbəkələrin fəaliyyəti sertifikatlaşdırılır - AZƏRBAYCANDA

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi internet messencerlər (Viber, WhatsApp, Skype və başqaları) və sosial şəbəkələrin fəaliyyətini sertifikatlaşdıracaq.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

O bildirib ki, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti bu addımı müsbət qarşılayıb.

Əli Abbasov serifikatlaşdırmanın məhdudiyyətlə eyni olmadığını bildirib.

"Hər ölkə öz qanunlarına uyğun olaraq onların fəaliyyətini sertifikatlaşdırır. Sözsüz ki, bu, bir qədər ağır işdir. Çünki bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu şəbəkələr Azərbaycan, onun əhalisi haqda böyük informasiyaya malikdir. Odur ki, Nazirlik də tənzimləyici orqan kimi Azərbaycan vətəndaşlarının onlayn hüquqlarını qorumalıdır", - deyə Əli Abbasov əlavə edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR