Texnoloji
“HP” şirkəti “Bulud” texnologiyaları infrastrukturu bazarının lideri olub
“HP” şirkəti sürətlə inkişaf edən “bulud” texnologiyaları infrastrukturunun qurulması və dəstəklənməsi üçün həllər bazarının lideri olub. Bu barədə “Synergy Research Group” şirkətinin hesabatında deyilir.
Analitiklərin hesablamalarına görə, 2015-ci ilin ikinci rübündə ümumi və özəl “bulud” servislərinin işə salınması üçün nəzərdə tutulan avadanlıq və proqram təminatının satışı 16 milyard dollara çatıb ki, bu da əvvəlki illə müqayisədə 25 faiz çoxdur.
Bu həcmdə HP-nin payı 13 faiz təşkil edib. Uzun illərdir liderlik edən "Cisco Systems” şirkətinin payı isə 12,5 faiz olub. Sonrakı yerlərdə "Microsoft”, “Dell”, “IBM”, “EMC”, “VMware”, “Lenovo” və “Oracle” şirkətləri qərarlaşıb.
HP şirkətinin “bulud” infrastrukturu istehsalçıları arasında birinci yerə çıxmasını ekspertlər ABŞ istehsalçısının serverlər bazarında birinciliyi və disk saxlanclarının yaxşı satılması ilə əlaqələndirirlər. “Cisco” şəbəkə avadanlığının satış həcminə görə birinci olaraq qalır, eləcə də server sahəsində öz mövqeyini sürətlə möhkəmləndirir. “Microsoft” korporasiyası server əməliyyat sistemləri və virtuallaşdırma bazarında uğurları sayəsində liderlər üçlüyündə yer alıb.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO