Mobil cihazlarla bağlı elektron xidmətdən istifadə edənlərin sayı açıqlandı
Bizi izləyin

Texnoloji

Mobil cihazlarla bağlı elektron xidmətdən istifadə edənlərin sayı açıqlandı

Avqust ayında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mobil cihazlarla bağlı daha bir elektron xidmətindən istifadə sayı artıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyul ayı ilə müqayisədə 22,6 faiz artımın qeydə alındığı “Mobil cihazların IMEI kodunun yoxlanılması” xidmətinə ötən ay 49469 dəfə müraciət edilib.

Bu xidmətlə mobil cihazların müvafiq standartlara uyğun olub-olmaması barədə məlumat əldə etmək mümkündür. Bunun üçün portalda həmin elektron xidməti seçib, telefonun “IMEI” kodunu müvafiq xanaya daxil edərək yoxla düyməsini seçmək tələb olunur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm