“Wi-Fi” ilə təchiz edilmiş “ağıllı” tozsoran
Bizi izləyin

Texnoloji

“Wi-Fi” ilə təchiz edilmiş “ağıllı” tozsoran

“iRobot” şirkətinin yeni “Roomba 980” adlı tozsoran ətraf mühiti araşdıran və yadda saxlayan daxili kamera və sahibinə evdə olmadıqda belə smartfondan qurğunu idarə etməyə imkan verən “Wi-Fi” texnologiyası ilə təchiz edilib.

Təmizləməyə başlamaq üçün tozsoran və ya mobil proqramda "Clean" düyməsinə sıxmaq kifayətdir. Mobil proqram, həmçinin təmizləmə qrafikini idarə etməyə imkan verir, amma real vaxt rejimində tozsoranı idarə etmək mümkün deyil.

Təhlükəsizlik problemi ilə əlaqədar kamera vasitəsilə çəkilmiş görüntü təmizlik bitdikdən 90 dəqiqə sonra silinir. Bu halda heç bir məlumat "bulud"da saxlanılmır.

Şirkətin nümayəndəsi bildirib ki, “Roomba 980” tozsoranı avtonom rejimdə iki-üç otağı təmizləyə bilər. Tozsoranın batareyası 3 saat ərzində tamamilə dolur. Bu halda qurğu əvvəlki modellə müqayisədə iki dəfə çox sorma gücünə malikdir. Bu ilin oktyabrında tozsoran ABŞ-da 900 dollar qiymətinə satışa çıxarılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm